Rəsmi Bakıdan Fransaya təklif: Vasitəçi ola bilərik!
Əgər Fransa keçmiş müstəmləkələrindəki kövrək mövcudluğundan irəli gələn məsələləri daha az ağrısız həll etmək istəsə, Azərbaycan bu istiqamətdə vasitəçilik xidmətlərini təqdim edə bilər.
Avrasiya.net xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa Prezidenti Emmanuel Makronun Avropa İttifaqı Şurasının Brüssel toplantısı çərçivəsində iddialarına dair şərhində yer alıb.
Bildirilib ki, Fransanın mövqeyi onun keçmiş müstəmləkə bölgələrindəki mövcud vəziyyətdən dərs almaqdan imtina etdiyini nümayiş etdirir. Bunun əksinə, Fransa inadkarcasına Afrika və digər regionlardakı uğursuzluqlarını bölgəmizə əvvəlcədən uğursuzluğa məhkum olmuş müdaxiləsi ilə kompensasiya etməyə çalışır.
O da vurğulanıb ki, Fransa bölgəmizdə sülh və sabitliyə mane olan təcavüzkar Ermənistanı dəstəkləmək və silahlandırmaq məqsədi daşıyan məkrli siyasətinə son qoymalıdır.