İlham Əliyev Qazaxıstana səfər edəcək
Dərc olunub:
26-10-2023, 12:21
Noyabrın 3-də Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) yubiley sammiti keçiriləcək.
Avrasiya.net xəbər verir ki, bu barədə Qazaxıstanın rəsmi mətbuatı məlumat yayıb.
Tədbirdə TDT-yə üzv dövlətlərin - Azərbaycan, Qırğızıstan, Türkiyə, Özbəkistanın liderləri iştirak edəcəklər.
Həmçinin sammitdə TDT müşahidəçi dövlətlərinin - Macarıstan və Türkmənistanın başçıları da iştirak edəcəklər.
Qeyd edək ki, bu, TDT-nin X sammiti olacaq.