Sizin Reklam Burada

Əliyev onilliklərin problemini həll etdi – Rus nəşri

Əliyev onilliklərin problemini həll etdi – Rus nəşriİlham Əliyevin hakimiyyəti Azərbaycanda daxili-siyasi sabitliyin simvolu olmaqla yanaşı, eləcə də ölkənin beynəlxalq nüfuzunu necə gücləndirə biləcəyinin nümunəsinə çevrilib.

Axar.az xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” nəşrinin Azərbaycan Prezidenti İlham Əliyevin ilk dəfə ölkə başçısı seçilməsinin 20 illiyi münasibətilə “Son 20 ildə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda nüfuzunu xeyli gücləndirib” adlı dərc olunmuş məqaləsində bildirilib.

“Dövlət başçısı hakimiyyətdə olduğu illər ərzində səmərəli və balanslaşdırılmış idarəetmə üçün sarsılmaz zəmin yarada bilib. Bu gün Azərbaycanın siyasi sistemi faktiki olaraq heç bir daxili çağırışla üzləşmir və genişspektrli risklərə müqavimət göstərir. Bütün bunlar İlham Əliyevin idarəçilik keyfiyyətlərinin nəticəsidir”, – məqalədə qeyd edilib.

Bildirilir ki, İlham Əliyev milli iqtisadiyyatın şaxələndirilməsinə və ixracdan asılılığın azaldılmasına birmənalı önəm verir, çünki vətəndaşların rifahını özünün prioriteti hesab edir:

“Dövlətin iqtisadi dayanıqlığı Azərbaycanın beynəlxalq münasibətlərdə strategiyasının müəyyənedici xüsusiyyətinə çevrilib. İnvestisiya sahəsində qarşılıqlı fəaliyyət üçün geniş imkanlar yaratmaq məqsədilə ilkin mərhələdə Bakı münaqişələrin azaldılmasına və böhranların qarşısının alınmasına diqqət yetirib.

İlham Əliyevin hakimiyyəti illərində ölkə əsas maraqlarının perimetri boyu riskləri minimuma endirməyə nail olub. O, onilliklər ərzində Azərbaycanda gündəmi zəbt edən problemi həll etdi, Qarabağ bölgəsinə nəzarəti bərpa edə bildi. Hazırkı prezidentin rəhbərliyi altında ölkə faktiki olaraq bir vaxtlar işğal olunmuş region ətrafında yerli erməni əhalisinin maraqlarını hərtərəfli nəzərə alaraq total reinteqrasiya üçün şərait yaradıb.

İyirmi il ərzində Prezident bütün seçki vədlərini praktiki olaraq yerinə yetirib: genişmiqyaslı regional layihələr həyata keçirilib, dövlətin gəlirləri artır, yeni iş yerləri açılır, sosial problemlər həllini tapır. Azərbaycan regionda faktiki və şəksiz liderə çevrilib”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər