Sizin Reklam Burada

Peşəkar siyasət

Peşəkar siyasətPrezident İlham Əliyevin rəhbərlik etdiyi müstəqil Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Dövlətimizin başçısının reallaşdırdığı inkişaf konsepsiyası bütün azərbaycanlıların həyatına birdəfəlik daxil olub. Çünki onun müəyyənləşdirdiyi dövlət siyasətinin mərkəzində ancaq bir qüvvə - Azərbaycan vətəndaşı dayanır. 2003-cü ildən etibarən Prezident İlham Əliyev məqsədyönlü fəaliyyəti ilə bir daha sübut edib ki, O, doğrudan da hər bir Azərbaycan vətəndaşının Prezidentidir. “Bizim dayağımız xalqdır”,- deyən dövlətimizin başçısının müdrik siyasətçi kimi gücü dövlətin, xalqın və hakimiyyətin maraqlarını bir araya gətirib, bir hədəfə yönəldə bilməsindədir. Xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş siyasət nəticəsində 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib.

Ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək modern Azərbaycan dövləti modeli formalaşıb. Siyasi, iqtisadi və sosial baxımdan Azərbaycan dünyaya yeni inkişaf modelini təqdim edib. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb. Görülən işlər ölkəmizin gələcəyinin daha parlaq olacağını tam əminliklə deməyə əsas verir. Təsadüfi deyildir ki, dünyada iqtisadi və maliyyə böhranlarının, təhlükələrin və təlatümlərin hökm sürməsinə baxmayaraq ölkəmizin sabit və təhlükəsiz şəraitdə sosial-iqtisadi tərəqqisi təmin edilib. Sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə regionun humanitar, siyasi, iqtisadi, mədəni, idman, o cümlədən elmi-intellektual mərkəzinə çevrilən Azərbaycanımız müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə ev sahibliyi edir, sivil dünyanın nüfuzlu elmi, mədəni, siyasi elitasını Bakıda bir araya gətirir. Azərbaycanın bugünkü reallıqlarına nəzər salarkən fəxrlə söyləyə bilərik ki, ölkəmiz sözün əsl mənasında müstəqil dövlət kimi dünya xəritəsində layiqli yerini tutub. Ən əsası, bütün bu uğurlar fonunda Azərbaycanın müstəqilliyi daha da möhkəmlənir, dövlətçiliyi sarsılmaz olur.

Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Azərbaycan dövləti beynəlxalq şəraitdən asılı olmayaraq yerləşdiyi bölgədə baş verən proseslərin gedişinə ciddi təsir göstərir. Dünyanın aparıcı dövlətləri və nüfuzlu təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. 2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında beynəlxalq münasibətlər məkanında layiqli yer tutan ölkəmizdə həyata keçirilən xarici siyasət və diplomatik uğurlar Azərbaycanın bütün nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaradıb. Konkret desək, Prezident İlham Əliyevin simasında müstəqil Azərbaycanımızın Birləşmiş Millətlər Təşkilatında, Avropa Şurasında, ATƏT, NATO, Qoşulmama Hərəkatında, Türk Dövlətləri Təşkilatında, Ümumdünya Səhiyyə Təşkilatında, digər mötəbər beynəlxalq qurumlarda tutduğu mövqe, qazandığı böyük nüfuz yalnız dünyanın ən inkişaf etmiş dövlətləri ilə müqayisə oluna bilər.

Təkcə onu demək kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvektorlu nəqletmə sisteminə üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini daha da gücləndirir. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və ölkəyə böyük gəlirlər gətirən Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verilib, 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirib. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 2018-ci il 29 may tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. Cənub Qaz Dəhlizinə qoyulan 40 milyard dollara bərabər vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən həyata keçirilir.

Bütün gerçəkləşdirilən regional layihələrin mərkəzi oyunçusu qismində də məhz Azərbaycan çıxış edir. Bu cür qlobal layihələr ölkəmizin milli maraqlarına cavab verməklə bərabər, Azərbaycanın suverenlik səviyyəsini təsdiq edir. Müstəqil dövlətimizin sürətli və ardıcıl inkişafına təkan verən bütün bu tədbirlər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələridir. Azərbaycan Prezidenti İlham Əliyev bütün istiqamətlərdə konkret proqramlar əsasında işləyir. Bu isə müasir idarəçilik formasıdır. Sahibkarlığın inkişafından tutmuş, gənclərlə işə qədər bütün sahələrdə dəqiq hesablanmış, real, konkret dövlət proqramları hazırlanıb və reallaşdırılıb.

Qeyd etmək lazımdır ki, 2003-2018-ci illəri milli maraqların qorunmasına xidmət edən strateji nailiyyətlər dövrü kimi səciyyələndirmək olar. Prezident İlham Əliyev milli ideya ətrafında xalqı birləşdirib. Dövlətimizin başçısının müdrik rəhbərliyi ilə Azərbaycançılıq məfkurəsi ölkəmizdə tam bərqərar olub, özünün yeni yüksəliş mərhələsinə qədəm qoyub. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın ümummilli mənafelər naminə səfərbər edilməsi, ən əsası isə dövlət-diaspor münasibətlərinin daha da güclənməsi istiqamətində son dərəcə ciddi addımlar atılıb.

Qeyd olunan illər eyni zamanda Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür. Hərbi quruculuq siyasəti Azərbaycan Prezidenti, Müzəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mahiyyət və keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Prioritet elan edilən ordu quruculuğu sayəsində ərsəyə gələn nizami Azərbaycan Ordusu dövlətçiliyimizin qarantı olmaqla yanaşı, ölkəmizin dünya miqyasında maraq və mənafeyinin, milli təhlükəsizliyinin lazımi səviyyədə qorunmasını təmin etməyə imkan yaradıb. Dünyanın ən peşəkar orduları ilə bir sırada dayanan Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti, müasir texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji durumu, vətənpərvərliyi torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması kimi müqəddəs vəzifələrin döyüş meydanında həllində mühüm rol oynayıb.

Fəxarət hissilə bildiririk ki, müqəddəs bir vəzifəni – Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə II Qarabağ savaşında qazandığımız böyük Qələbə 2020-ci ilin hüdudlarına sığmayacaq bir tarixi hadisəyə çevrilib. Bu Zəfər bizi 30 ilə yaxın addım-addım yaxınlaşdığımız inamlı, ümidli bir sonluğa çatdırıb, əsrlərdən bizə miras qalmış qürurumuzu dirçəldib.

Teymurçin Mirzəbəyli
Xətai rayon İcra Hakimiyyəti - aparıcı məsləhətçi

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər