Sizin Reklam Burada

Rusiya istəsəydi paradı Kiyevdə keçirərdi

Rusiya istəsəydi paradı Kiyevdə keçirərdiVitali Arkov: “Azərbaycan və Türkiyənin mövqeyini yüksək qiymətləndirirəm”

Artıq 7-ci aydır ki, Ukrayna-Rusiya müharibəsi davam edir, tərəflər arasında itkilərin sayı durmadan artır. Avropa ölkələri Ukraynanı ağır silahlarla təmin etmələrinə baxmayaraq rəsmi Kiyev Ruisiya üzərində uğur qazana bilmir. Digər tərəfdən Rusiyaya qarşı sanksiyaların tətbiqi də Kremli iqtisadi cəhətdən çökdürə bilməyib. Amma Ukrayna hələ də ümidini Qərbdən üzməyib. Belə ki, ötən gün Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bir daha Qərb ölkələrini Kiyevi daha ağır silahlarla təchiz etməyə çağırıb. Avropanın “Politico” nəşri yazır: "Biz hadisələrin gedişatını dəyişirik və sürət yaratmaq, daha çox insanı xilas etmək və Ukraynanın daha çox ərazisini tez bir zamanda azad etmək üçün müttəfiqlərimizdən daha çox ağır silah və sursata ehtiyacımız var. İndi nə qədər çox hərbi yardım alsaq, bu müharibə bir o qədər tez bitəcək" deyib.

Onun şərhi çərşənbə axşamı nəşrin saytında dərc olunub. Qəzetin fikrincə, Ukrayna qoşunlarının “hücum”u heç də “müharibənin gedişində daimi dəyişikliyə” işarə etmir. Bu arada bir çox Avropa ölkələri tədarük üçün mövcud olan silah və texnika çatışmazlığı ilə üzləşir. Xüsusilə Fransa və Almaniya Kiyevə öz “ianələrini” əhəmiyyətli dərəcədə artırmaq istəmirlər.

Mürzciətdən bir gün öncə isə (görünür bir daha müraciət olunub - red) Almaniya Müdafiə Nazirliyi (MN) Ukraynanın döyüş tankları ilə bağlı müraciətinə rədd cavabı verib.

“Reuters“in verdiyi xəbərə görə, Almaniya müdafiə naziri Kristine Lambrext bir daha ukraynalıların müraciətini rədd edib.
“Heç bir ölkə bu vaxtadək (Ukraynaya) Qərb istehsalı olan piyadanın döyüş maşını (PDM) və ya tank göndərməyib. Biz öz tərəfdaşlarımızla razılaşmışıq ki, Almaniya birtərəfli qaydada bu cür addım atmayacaq”, - nazir Berlində bildirib.

Rusiya nə Ukraynaya, nə də üstəlik, qardaş Ukrayna xalqına qarşı müharibə aparır. Bu il fevralın 24-dən rusların tarixi Donbas torpaqlarının (rus əhalisinin üstünlük təşkil etdiyi) nasizm ideologiyasının ən qəddar təzahüründə olan silahlı birləşmələrdən azad etmək üçün xüsusi hərbi əməliyyat həyata keçirilir.

Bunu “Xalq Cəbhəsi”nə Rusiyanın tanınmış politoloqu, “PolitRus” informasiya-analitik portalının rəhbəri Vitali Arkov deyib.

V.Arkova Rusiya-Ukrayna münaribəsi ilə bağlı bir neçə sual ünvanladıq. Cavablarını ümumiləşdirilmiş yazı formasına saldıq. Onun sözlərinə görə, bundan başqa Ukraynanın cənub-şərqində təhlükəsizlik zonasının formalaşdırılması üçün Ukrayna neonasistlərindən və Qərbin pulu ilə yetişdirilən xarici muzdlulardan gələn təhlükəni aradan qaldırmaq vəzifəsi də var: “Dünyanın ən güclü ordularından birinə sahib olan Rusiyanın kifayət qədər resursları var ki, Ukraynanın bir dövlət olaraq mövcudluğu məsələsini bağlaya bilsin. Ancaq belə bir vəzifə gündəmdə deyil. Hansı ki, yazda xüsusi hərbi əməliyyat keçirərən Rusiya ordusu (bu, həqiqətən də Rusiya Silahlı Qüvvələrinin kiçik bir hissəsidir) demək olar ki, Kiyevə yaxınlaşmışdı. Əgər siz dediyiniz kimi müharibə olsaydı, Rusiya ordusunun Qələbə paradı mayın 9-da Ukraynanın paytaxtında kemirəcəkdi. Amma bu, müharibə deyil, məqsədlərini yuxarıda qeyd etdiyim xüsusi əməliyyatdır. Başqa bir şey budur ki, Qərbdə baş verən hər şey müharibə sayılır. İlk növbədə ABŞ, Böyük Britaniya və Polşada. Onlar uzun müddət Rusiya ilə yeni müharibə planlaşdırır, onu Qərbin müstəmləkəsinə çevrilmək istəmədiyinə, həqiqi suveren xarici siyasətinə və çoxqütblü dünya arzusuna görə “cəzalandırmaq” məqsədi güdürdülər”.

V.Arkovun fikrincə, və bu planlarda Ukraynaya klub rolu həvalə edilmişdi ki, onunla faktiki olaraq Rusiyaya qarşı aksiya keçirmişlər. Ölkəmizin rəhbərliyi kənardan gələn təhlükəyə cavab verməkdən başqa çarəsi qalmadı, qabaqlayıcı addımlar atmağa məcbur oldu: “Və bu gün artıq sirr deyil ki, NATO ölkələri tərəfindən Ukraynaya hücum silahlarının tədarükü hərbi əməliyyatlar başlanmadan çox əvvəl həyata keçirilib, habelə silahlı birləşmələrin Rusiya sərhədlərinə doğru hərəkəti, əsasən təlim keçmiş xarici muzdlulardan ibarət olub. Bu proses NATO-nun hərbi məsləhətçilərinin nəzarəti altındadır. Beləliklə, hücumu kimin hazırladığı və kimə qarşı sualın cavabı tamamilə aydındır. Ona görə də bu gün Rusiya Donbası nəinki nasistlərdən təmizləyir, həm də Rusiyanın öz tarixi statusunu geri qaytarmasına mane olmaq planının tam iflasa uğramasından tamamilə narazı olan Qərb ağaları ilə üz-üzə gəlməyə məcburdur”. Politoloq qeyd edib ki, əgər əvvəllər “kollektiv Qərb” ifadəsini tez-tez eşidirdiksə, bu gün bu, göz qabağındadır: Qərbin birliyi və gücü əksər Amerika və Britaniya fırıldaqları kimi daha bir “sabun köpüyü” oldu. Fevralın 24-dən sonrakı hadisələr isə bizə açıq şəkildə göstərir ki, dünya sadəcə olaraq əvvəlki kimi olmaqdan çıxmır, o, artıq tamamilə yenidir.

Bu aspektdə rəhbərliyində əsl suverenlik və milli maraqların bəzi müvəqqəti “korporativ” maraqlardan üstün olduğunu nümayiş etdirən Azərbaycan və Türkiyənin mövqeyini yüksək qiymətləndirirəm: “Azərbaycan Prezidenti İlham Əliyevin son dərəcə çətin vəziyyətdə göstərdiyi müdriklik onu göstərir ki, Bakı Qoşulmama Hərəkatının əsl mərkəzi və lideridir. Kremlin nüvə silahından istifadə ehtimalı ilə bağlı sualınıza gəlincə, ssenarinin belə inkişaf ehtimalı tamamilə istisna edilir - Rusiya dünyanın bütün nüvə gücləri arasında ən məsuliyyətlisidir. Amma Ukraynanın hazırkı rəhbərliyinin hərəkətləri nəticəsində “nüvə qışı” təhlükəsi tamamilə realdır. Əvvəlcə, xatırladığımız kimi, Kiyev Qərb tərəfdaşlarından sovet dövründən qorunub saxlanılan elmi-tədqiqat və istehsal bazasında nüvə silahının hazırlanması və istehsalına başlamaqda köməklik göstərməyi xahiş etmişdi. Və bu imtinanın nə dərəcədə real olduğu dəqiq bilinmir. Axı, ABŞ əvvəllər də Ukrayna ərazisində hərbi bioloji laboratoriyalarının olmasını inkar edirdi və sonra Ağ Ev izahat axtarmağa məcbur oldu - təkzibedilməz dəlillərlə divara bərkidildi və məxfi sənədlər olmaqdan çıxdı. Amma indi bütün sağlam düşüncəli Avropa Ukrayna tərəfinin hər gün Zaporojye atom elektrik stansiyasına zərbələr endirməsinə dəhşətlə baxır. ABŞ və digər NATO ölkələrinin verdiyi ağır silahlardan istifadə etməklə. Obyektə baş çəkən MAQATE komissiyası atəşə tutulma faktlarını və onların törətdiyi fəlakət riskinin pik həddə çatdığını təsdiqləyib və bu, öz miqyasında Çernobıl AES-i üstələyə bilər. Lakin bu, Kiyevdəki və haradan sifariş aldıqları “qaynar başları” sərinlətmir. Ola bilərmi ki, Zaporojjya AES-ə endirilən zərbələri dayandırmaq üçün Rusiya Kiyevdə bu başlara “soyutma” zərbələri endirmək məcburiyyətində qalsın?”

Arkov onu da qeyd edib ki, Almaniyanln iqtisadiyyatı Rusiya ilə bağlı olub. Açıq şəkildə olmasa da, həm Avropa İttifaqı çərçivəsində, həm də Rusiya ilə iqtisadi əməkdaşlıq edib: “Almaniya Rusiya ilə münasibətlərin pozulmasını istəməyib, lakin ABŞ və Böyük Britaniya iki ölkə arasında münasibətləri bilərəkdən pozub. Amma Almaniya şirkətləri müxtəlif vasitələrlə Rusiya ilə əməkdaşlıq ediblər. Deyirlər ki, guya Qərbin aparıcı şirkətləri Rusiyanı tərk ediblər, bu belə deyil. Onların çoxu ya adlarını dəyişiblər, ya da idarəçiliklərini Rusiya filiallarına, nümayəndəliklərinə veriblər. Amma açıq şəkildə Rusiyanı tərk edən şirkətlər çox azdır. Qlobal dünyada hər şey bir-biri ilə əlaqədardır. Qərb nə qədər Rusiyanı iqtisadi cəhətdən zəiflətmək istəsə də, özü də təsirə, çətinliyə məruz qaldı. Rusiya dünyada gücdür, Cənubi Koreya kimi qapalı şəraitdə inkişaf edən ölkə deyil. Rusiyanı zəiflətməyə qarşıya vəzifə qoyanlar istəklərinə nail ola bilməyəcəklər. Çünki Qərbin özü Rusiya ilə bir çox sahələrdə əlaqədədir. Tətbiq edilən və nəzərdə tutulan sanksiyalar Rusiyanı heç vaxt zəiflədə bilməz. Fikir verin, Polşa Avropada güclü olmaq istəyir. Almaniya ilə münasibətlərində soyuq olan Varşava istəyinə nail ola bilmir. Baxmayaraq ki, onun arxasında ABŞ dayanır. Rəsmi Vaşinqton Polşanın Avropa qitəsində güclü və birinci ölkəyə çevirmək istəyir. Almaniya bunu görür və Avropada bu problemdən xilas olmaq istəyir. Almaniyanın Rusiya ilə iqtisadi əlaqələri var.

Çox güman ki, Almaniya növbəti dəfə Rusiyaya qarşı sanksiyalara qoşulmasın. Baxın, Ərdoğan Rusiyaya qarşı sanksiyalara qoşulmadı, çox ağıllı və uzaqgörən bir siyasət seçib. Ərdoğan bilir ki, bu sanksiyalar Rusiyanı zıiflətməyəcək. Avropa elə düşünürdü ki, Rusiyaya tətbiq edilən sanksiyalar onu çökdürəcək. Ancaq əksinə oldu, Avropa ölkələrinin özündə - Almaniya, İngiltərə, İtaliya və digər ölkələrdə iqtisadi, sosial problemlər yaranıb. Rusiyada isə hər şey normaldır. Yəni sanksiyalar əks effekt verib”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər