Sizin Reklam Burada

MHP sədri Mehriban Əliyevanı təbrik edib

MHP sədri Mehriban Əliyevanı təbrik edibBu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür.

Mehriban Əliyeva ölkəmizin həm ictimai-siyasi həyatında, həm də humanitar sahələrdə, o cümlədən mədəni həyatımızda mühüm rol oynayan siyasi xadim kimi özünü təsdiqləyib.

Adətən birinci xanımların fəaliyyəti və şəxsiyyəti əksər qadınlar üçün örnək olur. Bu mənada, Azərbaycanın birinci xanımınının da çoxşaxəli və səmərəli fəaliyyəti bütün qadınlar üçün parlaq nümunədir. İstər birinci vitse-prezident kimi, istərsə də birinci xanım kimi Mehriban Əliyevanın geniş ictimai-siyasi fəaliyyəti bütövlükdə dünya səviyyəsində Azərbaycan qadınlarının nümunəvi obrazının formalaşmasında əvəzsiz rol oynayır.

Mən həm öz adımdan, həm də Milli Həmrəylik Partiyasının çoxsaylı üzvləri adından Mehriban xanımı doğum günü münasibətilə ürəkdən təbrik edir, ona və Prezident İlham Əliyevə işğaldan azad edilmiş torpaqlarımızın bərpası və yenidən qurulması işlərində, Azərbaycanın böyük hədəfləri yolunda uğurlar diləyir, möhkəm cansağlığı və bərəkətli ömür arzu edirəm!

Hörmətlə,
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər