Sizin Reklam Burada

"Ermənistan Azərbaycandan yaxşı dərs alıb"

"Ermənistan Azərbaycandan yaxşı dərs alıb"Ermənistan Azərbaycanın qələbəsindən çox şeylər öyrənməlidir, nəinki işğalçı ölkə, bütün işğalçı və işğala məruz qalan ölkələr rəsmi Bakının mübarizəsindən, qələbəsindən dərs almalıdır.

Bunu “Xalq Cəbhəsi”nə Pakistanın tanınmış jurnalisti, ekspert deyib Tazin Aktar deyib.

O, qeyd edib ki, 8 noyabr 2021-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri öz qiymətli həyatlarını qurban verərək işğalçı Ermənistanın təcavüzün qarşısını almaqla, Qarabağı azad etməklə Qələbə Gününü qeyd etdi. Azərbaycanın mülki vətəndaşları da öz vətənlərinin müdafiəsi üçün böyük qurbanlar veriblər.

44 gün gecə-gündüz müharibə zamanı 3000-dən çox hərbçi və mülki şəxs şəhid olub. Biz bu müharibə zamanı Azərbaycanı eyni dinə malik olmağımız və ya münasibətlərimizə görə deyil, prinsipial zəmində dəstəklədiyimizi xatırlamaqdan şərəf duyuruq: “Sizinlə dayanmışdıq…Sizin üçün yazırdıq… Mətbuat və rəy qarşısında sizin üçün mübarizə aparırdıq... Tək iki televiziya klipi ilə yox, 44 gün ərzində… Təcavüzə qarşı müharibədə hər gün yazılarımızla... Biz təkcə Ermənistanı tənqid etmədik, həm də işğalçının vəkili rolunda çıxış edənlərə qarşı cəsarət göstərdik…”

T.Aktar onu da bildirib ki, biz bütün bunları heç bir mükafat üçün deyil, yalnız borcumuz kimi etdik... Onuin fikrincə, biz Azərbaycanın qələbəsindən sonra iki əsas məqama diqqət yetirdik: “Birincisi, Azərbaycanın qələbəsi beynəlxalq arbitrajlara müraciət etmədən beynəlxalq hüququn ona verdiyi imkanlar çərçivəsində işğal olunmuş torpaqlarını geri almaq deməkdir. Bu, əraziləri işğal edilmiş bütün ölkələr üçün ibrət dərsidir və BMT və ya hər hansı digər ixtiyari forum müəyyən səbəblərə görə işğalçını məsuliyyətə cəlb etməlidir. Dərs odur ki, işğal edilən torpaqları geri qaytarmaq üçün hüquqi və etik əsaslarınız olduqda belə praktik olmaq lazımdır. Ermənistan təkcə silahlı qüvvələrə deyil, dinc əhaliyə də atəş açanda Azərbaycan praktiki oldu. Qətiyyətlə inanırıq ki, Kəşmir heç vaxt BMT qətnamələri ilə azad edilməyəcək. Biz nəzəri deyil, Azərbaycan kimi praktik olmalıyıq.

İkincisi, Azərbaycan müharibədə qalib gəldikdən və ərazilərini azad etdikdən sonra da ayıq qalmalıdır, çünki hiyləgər düşmən məğlub olanda daha təhlükəlidir. Erməni Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini dağıdıb, orada minalar basdırması bizim müşahidələrimiz doğrultdu. Müharibə bitdikdən sonra da onlarla insan bu minaların qurbanı olub. Ermənistan bu minaların yerləşdiyi yerlərin xəritələrini təhvil verməyə hazır deyil. Keçmiş səfir Əli Əlizadənin mətbuat konfransında müharibə zamanı İranın vəkilliyi ilə bağlı verdiyimiz “İran niyə sərhədə qoşun yeridir”? sualımıza diplomatik şəkildə “ola bilsin ki, İran öz sərhədlərini qorumaq istəyir” cavabı verildi. Lakin sonradan aydın oldu ki, İran Ermənistanın tərəfini tutur. Azərbaycanlı hərbçinin anası (Milli Qəhrəman Polad Həşimovun anası və Qasım Süleymani adına olan medal nəzərdə tutulur) oğluna verilən İran medalından imtina edib. Keçən ay bəzi İran yük maşınları Ermənistana müəmmalı materiallar aparıb. Onlar İran Azərbaycanı və Ermənistanı birləşdirən əsas nöqtədə yerləşən keçid məntəqəsini keçiblər. Yalnız bundan sonra Azərbaycan tərəfdən bu yük maşınlarının şəkillərini və görüntülərini media ilə paylaşaraq aydın cavab gəldi. Biz vurğuladıq ki, Rusiyanın müdaxiləsi Azərbaycan üçün deyil, Ermənistanın yalnız onu daha çox ərazi itirməkdən xilas etməsidir”.

Jurnalistin fikrincə, tövsiyə etdik ki, sülh üçün arbitraj adı ilə irəliləyən qoşunlar dayandırılmadan, Azərbaycan bir anda bütün əraziləri eyni mərhələdə geri alsın. Qələbə və bayram yaxşı şeydir, lakin daha vacibi sülh və sabitlik bəhanəsi ilə ətrafda baş verənlərdən xəbərdar olmaqdır. Qalibiyyət qazanmaq bir şeydir, ancaq qazanılan mövqeyi qorumaq başqa bir şeydir: “Qonşuluqdakı iki böyük ölkə qələbənizə sevinmir. Onların sizinlə və müttəfiqlərinizlə də problemləri var. Bu yaxınlarda müharibə zamanı baş verənlər və müharibənin nəticəsi ilə bağlı ətraflı müzakirələr apardılar. Onlar gücləri və ağıllarını birləşdirirlər. Torpaqlarınızı azad etməyinizə mane ola bilmədilər, lakin başqa tərəfdən istənilən vaxt gələ bilərlər”.

T.Aktar qeyd edib ki, Ermənistan minaların xəritələrini paylaşmayacaq və Azərbaycanın bundan artıq gözlədiyini düşünmürük. Azərbaycan öz torpaqlarını işğalçılardan təkbaşına təmizləyib. Azərbaycan da öz gücü ilə torpaqları minalardan təmizləyə bilər. Ermənistan üçün biz heç bir ziddiyyətdən çəkinmədən deyə bilərik ki, sizin millətiniz və xalqınız üçün ən yaxşısı Azərbaycanla etimad quruculuğu tədbirləri görməkdir: “İrəliləyin, keçmişi keçmişə buraxın və Azərbaycanın siyasəti kimi qonşu ilə münasibətləri normallaşdırın.

Bu, sizi nəinki daha da alçaldılmaqdan xilas edəcək, həm də gələcək nəsillərinizin inkişafı və firavanlığı üçün imkanlar yaradacaqdır.
Ermənistan üçün başqa bir dərs odur ki, heç vaxt başqalarından borc götürərək, başqalarına güvənərək qonşusunun üstünə düşməyəcək. Heç kim onun üçün döyüşməyə gəlməyəcək. Fransa kimi böyük dövlətlər və adları çəkilən digər ölkələr onsuz da Ermənistanın düşmənçiliyinizdən istifadə etməklə öz maraqlarını güdürlər. Siz, (Ermənistan nəzərdə tutulur) Azərbaycandan yaxşı dərs almısınız. İndi bunu əzbər öyrənin və heç vaxt unutmayın. Sonda Vətən uğrunda canlarını fəda edənlərin xatirəsini dərin ehtiramla yad edirik. Hisslərimiz, düşüncələrimiz şəhid ailələri ilədir. Əminik ki, Azərbaycan hökuməti onlara yaxşı qayğı göstərməyə qadirdir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər