Sizin Reklam Burada

Rəfail Becanov: "Müharibə istəyən erməni katalikos başını itirib"

Rəfail Becanov: "Müharibə istəyən erməni katalikos başını itirib"“Böyük Kilikiya Evi”nin katalikosu Birinci Armen Ermənistanı 10 noyabr bəyanatından imtinaya çağırır. O bildirib ki, üçtərəfli bəyanat Ermənistanın və erməni cəmiyyətinin sonu deməkdir. Ona görə “yox” demək və yenidən müharibə etmək lazımdır. Katalikos Putini də onların işğal siyasətlərinə dəstək vermədiyi üçün günahkar sayır. Lakin anlamır ki, Rusiya onlara 30 il dəstək oldu”.

Bunu “Cümhuriyət” qəzetinin və Cebhe.info xəbər portalının baş redaktoru Rəfail Becanov deyib.

O bildirib ki, qorudu onları və Azərbaycan öz torpaqlarını məhz buna görə azad edə bilmirdi:

“Amma dünya dəyişir. Nə Rusiya əvvəlki Rusiyadır, nə də Azərbaycan əvvəlki Azərbaycandır. İndi Azərbaycan qüdrətli ordusu olan bir dövlətdir. Qüdrətli ordunun hesabına da torpaqlarımız azad olundu. Növbəti müharibə isə Ermənistanın sonu deməkdir. Fəqət, katalikos bunu anlamaq düşüncəsində deyil.

Katalokos çox yanqılıdır ki, niyə sülh olmalıdır, niyə dəhliz açılmalıdır? Yəni katalikos müharibə istəyir.

Görmüşdük, eşitmişdik ki, din xadimləri sülh istəyər, adamların ölümünü istəməz. Çünki dinlərdə nahaqdan adam öldürmək də, adamı ölümə təhrik etmək də ən böyük günahlardan sayılır. Erməniləri sülhdən imtinaya çağırıb, onları nahaqdan ölümə təhrik etmək katalikosun dininə görə caizdirmi?

Ermənilər özlərinə aid olmayan, başqasının torpağına göz dikməklə, onu işğal etməklə ölümə təhrik olunurlar. Kimsə torpağını onlara bağışlayası deyil! 44 günlük müharibə bunun əyani göstəricisidir. 30 il işğalda saxladıqları, sərvətini sümürdükləri torpağın sahibi olan Azərbaycan torpaqlarını geri qaytardı.

İşğalçılıq siyasətlərindən imtina etmədiklərinə, sülh yoluyla torpaqları geri qaytarmadıqlarına görə müharibə oldu və ermənilər gəbərdi, qırıldı və torpaqlarımız işğaldan azad edildi! Ermənistan ordusunun bu müharibədə itkisi ən azı 10 mindən çoxdur. 64800 nəfər şəxsi heyətə malik Ermənistan ordusu üçün bu kiçik rəqəmdir ki?

Bir din xadiminin bu qədər şovinzim düşüncəsi ilə yaşaması ermənilərin bir toplum olaraq faciəsidir. Onların din xadimləri də siyasətçiləri, zavallı və savadsız kütlələri kimi düşünür. Bu şovinizm onların qanına elə işləyib ki, ancaq müharibədən, qandan danışırlar.

Katalikos başını itirib. Onun üçün müharibə bütün sülhlərdən yaxşıdır, insan ölümləri sevindiricidir!

Zəngəzur dəhlizinin açılacağından əndişələnən katalikos bunu faciə hesab edir. Fərqinə varmır ki, bu dəhliz Ermənistan üçün nəfəslikdir. Ermənistan bütün regional layihələrdən kənarda qalıb, erməni əhalisi aclıq və səfalətlə üz-üzədir. Bu aclıq və səfalətin hesabına Ermənistanı tərk edənlərin sayı ildə orta hesabla 40-45 min olur. Müharibədən sonra isə bəzi statistik məlumatlara görə, bu rəqəm ayda 5-10 min arasında dəyişir. Bu hesabla 3 ildən, 5 ildən sonra Ermənistanda kimsə qalmayacaq.

Kataliokos isə sülh yox, müharibə istəyir... Gülməlidir! Görəsən, başları neçə dəfə əzilməlidir ki, sülh haqqında danışsınlar?”


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər