"ABŞ bazalarına ölümcül zərbələr endirəcəyik"
Dərc olunub:
Bu gün, 16:29
Hücuma məruz qalacağımız təqdirdə, İran ABŞ bazalarına "ölümcül" zərbə endirəcək.
Avrasiya.net xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı və parlament üzvü İsmayıl Kövsəri bildirib.
O qeyd edib ki, "ABŞ hər hansı bir səhv edərsə, Qərbi Asiyadakı bazaları hədəfə çevriləcək".
Deputat "Tehranın cavabı "ölümcül və çəkindirici" olacaq və regiondakı Amerika obyektləri əsas hədəflər arasındadır", - deyə bildirib.
