"ABŞ-ın İrana hücumu rejimi dəyişəcək"

ABŞ və İsrailin İrana qarşı hücumu an məsələsidir. Artıq ABŞ Yaxın Şərqə kifayət qədər hərbi əməliyyatlar üçün qüvvələrini yerləşdirib. İsrail də müdafiə və hücum əməliyyatlarını yüksək hazırlıq vəziyyətinə gətirib. Əbu-Dabidə Rusiya-ABŞ və Ukrayna danışıqları nəticəsiz olacaqsa, ABŞ Irana qarşı hücumu reallaşa bilər.

Avrasiya.net xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, ABŞ-İsrailin 12 günlük müharibədən fərqli olaraq əsas hücumu İranın Ali dini rəhbəri və sistemin rəhbər şəxslərini aradan götürmək olacaq:

"Əgər, İran danışıqlara açıq olduğunu elan etsə, təklifləri qəbul edərsə, hücum olmaya bilər. Demək olar ki, ABŞ İrana hərbi təzyiqləri artırır. Amma, İran rejimi öz mövqeyindən geri çəkilmir. Çin və Rusiyadan silahlar alır. Bir neçə aya kimi nüvə silahı əldə etmək potensialına malikdir. Xüsusilə nüvə silahını Rusiya İrana ötürə bilər.

İran elan edib ki, hücum regional müharibəyə səbəb olar. Həmçini İsrailə neft ötürən kəmərləri vura bilər. Qeyd edim ki, Bakı -Ceyhan neft kəməri İsrail -Azərbaycan arasında deyil, Türkiyə -Azərbaycan arasındadır. Ordan Ceyhan limanından istənilən ölkə nefti ala bilər. Azərbaycan İsrailə neft ixrac etmir. Əgər, İran Türkiyə və Azərbaycana qarşı hərbi təxribatlara əl atarsa, İran rejimi devriləcək. Həmçinin Azərbaycan və Türkiyə Cənubi Azərbaycana ordu yeridə bilər.

Qeyd edim ki, İrana təhlükə İraq və körfəz ölkələrinin ərazisindəndir. Azərbaycan və Türkiyə daima İrana qarşı hərbi müdaxilənin əleyhinə olub".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər