"Ortaq məqsədimiz Marneulinin davamlı inkişafıdır"
Kvemo Kartlinin dövlət nümayəndəsi İlia Calağaniya yeni seçilmiş mer Daur İsmayılovu Marneuli Munisipaliteti Meriyasının işçilərinə təqdim edib.
Dövlət nümayəndəsi yeni merə fəaliyyətində uğurlar arzulayıb və dövlət qurumları arasında əlaqələndirilmiş əməkdaşlığın vacibliyini vurğulayıb.
Daur İsmayılov Meriya işçilərinə təşəkkür edib və Marneulinin inkişafının hər kəs üçün ortaq məqsəd olduğunu vurğulayıb.
"Bu gün mənim üçün xüsusi və önəmli bir gündür. Marneuli Meriyası mənim üçün tanış bir məkandır. Dövlət qulluqçularının fəaliyyətləri arxasında nə qədər zəhmət, fədakarlıq və məsuliyyət olduğunu yaxşı bilirəm. Əminəm ki, ortaq məqsədimiz Marneulinin davamlı inkişafıdır", - deyə Daur İsmayılov qeyd edib.
Yeni merin təqdimatında dövlət nümayəndəsinin müavini Soso Alibegaşvili və Marneuli Sakrebulosunun sədri Amiran Qiorqadze iştirak ediblər.
Son xəbərlər
