Zəngəzur geri qayıdır?

Zəngəzur geri qayıdır?Ermənistanı məcbur edən üç şərt...

Türkiyə mediasında yayılan məlumata görə, Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaya əsasən, Qafan–Naxçıvan xətti üzrə Zəngəzur ərazisi Azərbaycana qaytarıla bilər. Azərbaycan tərəfindən yayımlanan xəritədə Qərbi Azərbaycan və eləcə də Zəngəzur ərazisinin Azərbaycan toponimləri ilə göstərilməsi məsələnin ciddiliyini və reallaşacağına inamı artırır.

Nəinki Zəngəzurun, ümumiyyətlə sovet dövründə Ermənistana qanunsuz verilmiş Azərbaycan torpaqlarının geri qaytarılması 2020-ci il Vətən müharibəsindən sonra daima müzakirə mövzusu olub və bu, təkcə regional məsələ deyil, tarixi, hüquqi və geosiyasi əsaslara söykənən bir reallıqdır.

Bir neçə kontekstindən Zəngəzurun Azərbaycana qaytarılması mümkün nəticə ola bilər.

Birincisi, Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal etməsi nəticəsində Azərbaycana müxtəlif hesablamalara görə 300–900 milyard dollar civarında maddi və mənəvi zərər vurulub. Ermənistanın iqtisadi imkanları bu zərərin maliyyə ödənişini mümkünsüz edir. İşğala görə kompensasiyanın ancaq ərazi hesabına ödənilməsi yeganə variant kimi görünür. Konkret Zəngəzur ərazisinə gəldikdə isə, 1920-ci illərdə bolşevik Rusiyası tərəfindən Azərbaycanın razılığı olmadan Ermənistana verilmiş Zəngəzurun Azərbaycana qaytarılması beynəlxalq hüquqa zidd deyil, əksinə, ədalətin bərpasıdır. Sülh sazişi danışıqları prosesində Beynəlxalq Məhkəmə və platformalarda qarşılıqlı iddialardan imtinanın razılaşdırılması qənaətimizi əsaslandıra bilər.

İkincisi, Vaşinqtonda bu il 9 avqustda Donald Trumpın təşkilatçılığı ilə Ermənistan və Azərbaycan liderlərinin Nikol Paşinyan və İlham Əliyev arasında keçirilən görüşdə sülh sazişinin paraflanmasıdır. Sazişin məzmununun analizi göstərir ki, Zəngəzurun Azərbaycana qaytarılması hüquqi baxımdan tam mümkündür. Belə ki, həmin paraflanmış sülh sazişi hüquqi baxımdan daha çox "çərçivə sülh sazişi" mahiyyətinə uyğundur. Yəni, həmin paraflanmış sülh sazişində klassik sülh sazişi formatından fərqli olaraq Ermənistan–Azərbaycan arasında müharibənin başlanma və bitmə tarixləri, nə kapitulyasiya, nə də sərhədlərin dəqiq təsviri, ən əsası isə nə də dövlətlərin ərazi ölçüləri göstərilməyib. Bu isə o deməkdir ki, sazişin gələcəkdə sərhədlərin dəyişdirilməsinə mane ola biləcək hüquqi gücü yoxdur.

Üçüncüsü, Paşinyanın “Dördüncü Respublika”, "Real Ermənistan" konsepsiyası ilə bağlıdır. Bu anlayış, əslində elə Ermənistanın yeni siyasi və coğrafi formalaşma dövrünü ifadə edir. 1918-ci ildə Azərbaycan Ermənistan dövlətinin qurulması üçün yalnız 9000 kv.km ərazisini güzəştə gedib, 29000 kv.km yox. Paşinyan tarixi və hüquqi əsasların Ermənistanın əlindəki ərazilərə ziddiyyətinin fərqindədir. Deməli, bu gün “Dördüncü Respublika”, "Real Ermənistan" ideyası, dolayısı ilə, Qərbi Azərbaycan və Zəngəzur məsələsini yenidən gündəmə gətirir.

Əlbəttə ki, Zəngəzurun Azərbaycana qaytarılması ətrafında məlumat müzakirələr ciddi əsaslara söykənir. ABŞ nümayəndə heyətinin Ermənistan səfəri, Zəngəzur dəhlizi ilə bağlı müzakirələr fonunda, Rusiyanın Ermənistan və Azərbaycan arasında sülh sazişinin 10 noyabr 2020-ci il Moskva Bəyanatı çərçivəsində imzalanmasında israrı ən azı Zəngəzurun nəzarətdən çıxmasına və ya Azərbaycana verilməsinə mane olmaq niyyətinə bağlıdır. Nizamlanma modelini təklif edir. Paralel olaraq, Azərbaycan Prezidentinin Qazaxıstana səfəri və Orta Dəhlizlə bağlı imzalanan sənədlər rəsmi Bakının bu istiqamətdə ciddi əminliyini göstərir. Qənaət belədir ki,

Zəngəzurun Azərbaycana qaytarılması təkcə tarixi və hüquqi ədalətin bərpası deyil, həm də regional geosiyasi balansın təbii nəticəsi kimi reallığa çevriləcək prosesdir.

Heç şübhəsiz ki, Zəngəzurun Azərbaycana qaytarılması güclü beynəlxalq reaksiyalara və təzyiqlərə səbəb olacaq. Bəzi dövlətlər, xüsusən də İran, Rusiya, Fransa və s. bəzi xristian qərb dövlətləri Zəngəzurun Azərbaycana verilməsinin qəddi əleyhinə çıx. Rusiya müəyyən şərtlər daxilində neytrallıq göstərə bilər. Ancaq Azərbaycan da Böyük Britaniya, İsrail, Türkiyə, Pakistan, hətta dövründən asılı olaraq ABŞ və İƏT, TDT kimi bəzi beynəlxalq təşkilatları Azərbaycanın siyasi-diplomatik tərəfdaşlarına hesab götürə bilər.

Vüqar Dadaşov

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər