GAK bəyanat verib - Nifrətimizi bildiririk!
Bir neçə gün öncə Marneuli şəhərindəki şirniyyat evlərinin birində M.Qiqaninin azərbaycanlı bir gənci gürcü dilini bilmədiyinə görə təhqir etməsi və ona şillə vurması haqda yayılmış fakta, Gürüstan Azərbaycanlıları Konqresi olaraq, nifrətimizi bildiririk!
Heç kimə haqq verilməmişdir ki, milli mənsubiyyətinə görə başqasını aşağılaya, alçalda, təhqir edə.
Vətəndaşı olduğumuz Gürcüstan dövlətinin qanunları bizim milli kimliyimizi və dilimizi qoruyur. Bunu azərbaycandilli məktəblərimizin varlığı, ali məktəblərə qəbul zamanaı milli qəbul imtahanlarının olmağı, Gürcüstanda yaşayan xalqların etnik kimliyini aşağılayan, təhqir edən şəxslər üçün ölkəmizin canayət məcəlləsində cəza tədbirləri nəzərdə tutulmuşdur.
Hüquq-mühafizə orqanları M.Qiqanini saxlamış və ona cinayət işi açmışdır.
Həmin cinayət baş verdiyi anda parlament deputatımız Zaur Darğallı, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze, “Gürcü Arsusu” partiyasından Marneuli meri vəzifəsinə namizəd Daur İsmayılov, bələdiyyə məclis üzvü Vasil Xaxulaşvili hadisəyə vaxtında müdaxilə etmiş və insidentin böyüməsinin qarşısını almışlar.
Marneulidə birgə yaşadığımız bütün xalqlarla bərabər, etnik azlıq olan svanlarla da həmişə dostluq şəraitində yaşamışıq, onların dövlət dilində danışmamasına heç vaxt etiraz etməmişik!
Fikrimizi bir gürcü atalar sözü ilə bitirmək istəyirik: “İnsandakı hörmət gül axtarar, nifrət isə tikan axtarar”.
Gəlin birilikdə gül axtaraq, tikan axtarmayaq!
Son xəbərlər
