Qazaxıstan Mərkəzi Asiyanın lokomotividir
Müasir dünyada qlobal sarsıntılar, siyasi gərginliklər və mədəni dəyərlərin toqquşması fonunda bir sıra liderlər öz çıxışları və addımları ilə həm region, həm də beynəlxalq miqyasda fərqlənirlər. Onlardan biri də Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevdir. Onun siyasi mövqeyi, çıxışlarında humanizmə, dialoqa və sabitliyə çağırışları Tokayevi bəşəri dəyərlərə sadiq, uzaqgörən dövlət başçısı kimi tanıdır.
Tokayevin Astanada keçirilən Dünya Dinləri Liderlərinin Qurultayında söylədiyi fikirlər-- onun yalnız Qazaxıstan üçün deyil ; bütün dünya üçün önəmli mesaj verdiyini göstərir :
“Dünyada vəziyyət getdikcə daha da pisləşir, bəzi siyasətçilər və ekspertlərin =sivilizasiya böhranı= adlandırdıqları son dərəcə mənfi meyillər vüsət alıb.”
Bu sözlər Tokayevin dünyadakı ziddiyyətləri diqqətlə izlədiyini ; eyni zamanda onların mahiyyətini dərindən təhlil etdiyini sübut edir. Onun milli və dini müxtəliflik fonunda harmoniyanı qorumağa çağırışı ; Qazaxıstanın çoxmillətli və çoxdinli cəmiyyətindəki təcrübəyə əsaslanır.
Tokayev qeyd edir ki, bəzi böyük dövlətlərdə ultra-millətçilik və ifrat vətənpərvərlik təhlükəli tendensiya kimi meydana çıxır.
O, bu siyasətin yalnız həmin ölkələrdə deyil ; bütün beynəlxalq sistemdə sabitliyi pozduğunu vurğulayır. Bu yanaşma Tokayevin siyasi uzaqgörənliyinin göstəricisidir. Çünki Qazaxstan prezidenti başa düşür ki ; qlobal təhlükəsizlik və iqtisadi inkişaf yalnız əməkdaşlıq və qarşılıqlı hörmət əsasında mümkündür.
Tokayevin liderlik keyfiyyətlərini formalaşdıran əsas amillərdən biri də onun səfir, diplomat və beynəlxalq təşkilatlarda yüksək vəzifələrdə çalışmasıdır.
O, BMT-də Baş Katibin müavini vəzifəsində çalışmış ; dünya diplomatiyasının mühüm mərkəzlərində Qazaxıstanı təmsil etmişdir. Bu təcrübə ona qlobal siyasətin mexanizmlərini dərindən anlamağa, qarşıdurma yox ; dialoq yolu ilə problemlərin həllinə üstünlük verməyə imkan vermişdir.
Tokayevin siyasətində insan amili ön plandadır. O, ölkəsində sosial rifahı gücləndirmək ; təhsil və səhiyyə sistemini inkişaf etdirmək, gənclərə geniş imkanlar yaratmaq kimi istiqamətləri prioritet hesab edir. Bu, onun humanist siyasətçi obrazını möhkəmləndirir.
Qasım - Jomart Tokayevin rəhbərliyi dövründə Qazaxıstan iqtisadiyyatında sabit artım tendensiyası müşahidə olunur.
O, ölkənin neft-qaz sektorunun dayanıqlı inkişafını təmin etməklə yanaşı ; qeyri-neft sahələrinin də güclənməsinə xüsusi önəm verir. Kənd təsərrüfatı, nəqliyyat-logistika, yaşıl enerji və rəqəmsal iqtisadiyyat Tokayevin iqtisadi islahatlarının əsas istiqamətlərindəndir.
Astana Beynəlxalq Maliyyə Mərkəzinin fəaliyyətini genişləndirməsi ; xarici sərmayələrin ölkəyə cəlb olunması -- Tokayevin iqtisadi diplomatiyasının mühüm nəticələrindəndir.
Qazaxıstan hazırda Mərkəzi Asiyanın ən böyük iqtisadi gücü olaraq regionda inteqrasiyanın lokomotivi rolunu oynayır.
Qazaxstan Mərkəzi Asiya ölkələrinin əməkdaşlığını möhkəmləndirmək üçün mühüm təşəbbüslərlə çıxış edib. Rəsmi Astananın təşəbbüsü ilə müntəzəm olaraq -- Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan liderlərinin sammitləri keçirilir.
Bu platforma regionun təhlükəsizliyi ; su ehtiyatlarının idarə olunması, ticarət əlaqələrinin genişlənməsi və nəqliyyat marşrutlarının inkişafı üçün vacib addımdır.
Bütün bunlarla yanaşı ; Tokayev Qazaxıstanı “Bir Kəmər – Bir Yol” təşəbbüsünün əsas strateji mərkəzlərindən birinə çevirməyə nail olub.
Çin, Rusiya, Azərbaycan , Türkiyə və Avropa İttifaqı ilə əməkdaşlıq ölkənin geoiqtisadi mövqeyini möhkəmləndirir. Bakı–Tbilisi–Qars dəmir yolu və Xəzər dənizi üzərindən beynəlxalq nəqliyyat dəhlizləri daha da inkişaf etdirilir.
Qazaxstanın dövlət başçısı Qasım-Jomart Tokayevin siyasi xətti — bəşəri dəyərlərə sadiqlik ; multikulturalizmə hörmət, beynəlxalq dialoqa açıqlıq və sabitlik meyillərinə əsaslanır.
Eyni zamanda, onun iqtisadi islahatları və regional əməkdaşlıq təşəbbüsləri Qazaxıstanı həm regionun, həm də Avrasiyanın aparıcı dövlətlərindən birinə çevirib.
Tokayev XXI əsrin mürəkkəb çağırışları fonunda -- humanist, uzaqgörən və praqmatik dövlət başçısı nümunəsidir.
Bu səbəbdən də Tokayev yalnız Qazaxıstan xalqının deyil : bütün dünya ictimaiyyətinin diqqətini cəlb edən siyasi liderdir.
Qəvami Sadıqbəyli
Son xəbərlər
