“Federasiya dəftəri bağlandı, KKTC-ni tanıtmaq zamanıdır”

Bakının canlı meydanlarından Targovuda Kipr məsələsi gündəmə gətirildi. Azərbaycan KKTC Kipr Türk Media Azərbaycan təmsilçisi Serdar Şengülün xüsusi müsahibəsində, Ulusal Birlik Partiyası (UBP) Millət vəkili Hasan Küçük və Kipr Türk Media Baş redaktoru Alihan Pehlivan, Kipr mövzusunu və gündəlik siyasi inkişafları dəyərləndirdilər.

Alihan Pehlivan çıxışında federasiya həll modelinin artıq tarix olduğunu vurğulayaraq, KKTC-nin beynəlxalq aləmdə daha güclü tanıdılmasının vacibliyini ifadə etdi. Pehlivan: “Sarayönü siyasəti ilə artıq problemlər həll olunmaz. Hərəkətə keçmə vaxtı çatıb. Biz hərəkətə keçdik, siz də klassik siyasət dövrünü bir kənara qoyun” sözləri ilə həm daxili siyasətə, həm də xarici siyasətə mesaj verdi.

UBP millət vəkili Hasan Küçük isə dəyişən dünya balanslarına diqqət çəkərək, türk dünyasında KKTC-nin əhəmiyyətinin artdığını bildirdi. Küçük: “Xüsusilə Azərbaycan başda olmaqla türk dünyası ilə KKTC-nin təhsildə əməkdaşlıq layihələrini inkişaf etdirməsi lazımdır. Təhsildə qabaqcıl bir quruluşa sahib olan KKTC daha çevik və vizioner layihələrə yönəlməlidir” dedi.

Müsahibə zamanı Azərbaycan xalqı da yayıma böyük maraq göstərdi. Xüsusilə gənclər, KKTC haqqında məlumatlı olduqlarını bildirərək, Kipr türk xalqına salamlarını çatdırdılar. Bu isə iki qardaş ölkə arasındakı könül bağının meydanda da güclü bir şəkildə hiss olunduğunu göstərdi.

Bakı meydanlarında edilən bu xüsusi yayın, KKTC-nin türk dünyasındakı yerini və gələcəyə dair vizyonunu müzakirəyə açarkən, ictimaiyyətdə də diqqət çəkdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər