Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
Dərc olunub:
20-09-2025, 14:36
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Ukrayna ordusu sıralarında döyüşlərə qatılan 1987-ci il təvəllüdlü Həsənov Tofiq Tahir oğlu Xarkov vilayətinin Ternova kəndində döyüş tapşırığını icra edərkən həyatını itirib.
Onun Ukrayna ordusunun hərbçisi kimi hava dronları üzrə operator və aparıcı mütəxəssis vəzifəsində çalışdığı bildirilib.
