Türkiyədə FETÖ əməliyyatı: 10 hərbçi saxlanıldı

Türkiyədə FETÖ əməliyyatı: 10 hərbçi saxlanıldıAnkara Baş Prokurorluğu Türkiyə Hərbi Dəniz Qüvvələrinə sızmağa cəhd edən FETÖ üzvlərinə qarşı genişmiqyaslı əməliyyata başlayıb.

"CNN Türk"ün məlumatına görə, əməliyyat çərçivəsində biri fəaliyyətdə olan, doqquzu isə əvvəllər ordudan kənarlaşdırılmış 10 zabit və gizir saxlanılıb.

İstintaq materiallarında qeyd olunur ki, saxlanılan şəxslər FETÖ nümayəndələri ilə əlaqə saxlayıblar. Onlara qarşı şahid ifadələri də mövcuddur. Əməliyyatlar üç vilayətdə aparılıb.

Qeyd edək ki, bir gün əvvəl FETÖ ilə əlaqədə şübhəli bilinən 15 nəfər , o cümlədən Xarici İşlər Nazirliyinin 8 əməkdaşı saxlanılmışdı.

Xatırladaq ki, 15 iyul 2016-cı il dövlət çevrilişi cəhdindən sonra FETÖ Türkiyədə və bir sıra ölkələrdə terror təşkilatı kimi tanınıb. Təşkilatın lideri Fətullah Gülən 2024-cü ilin oktyabrında ABŞ-da vəfat edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər