Qərb Gürcüstanda dövlət çevrilişi planı hazırlamaq istəyir
Gürcüstan müxalifətinin mariqinallaşması, onun seçkilərə vahid koalisiya formatında getməsini əngəlləyib. Nəticə etibarı ilə müxalifət etiraz elektoratının marağına səbəb olacaq inandırıcı siyasi layihələrlə çıxış imkanlarını itirib. Üstəlik, parlamentin xarici agentura şəbəkəsinin ölkəyə müdaxiləsinin qarşısının alınmasına yönəli qəbul etdiyi qanun Qərbyönümlü müxalifətin maliyyə mənbələrinə çıxışını əhəmiyyətli şəkildə məhdudlaşdırdığından ciddi maliyyə dəstəyindən məhrum olmuş müxalifət bələdiyyə seçkilərini boykot etməkdən başqa yol tapa bilməyib.
Bunu Avrasiya.net-ə politoloq Elşən Manafov Gürcüstanda bələdiyyə seçkisi öncəsi müxalifətin inqilab çağırışına münasibətində deyib.
O, qeyd edib ki, artıq müxalif cəbhənin 8 aparıcı partiyası seçkilərə qatılmayacaqlarını bəyan edib ki, bu da müxalifətin özünə inamsızlığının göstəricisidir.
Müxalifət ölkə parlamentinin, habelə Kobaxidze hökumətinin legetimliyini tanımaqdan imtina etdiyini iddia edərək, seçkilərə qatılmayacağını bildirir, gerçək səbəb isə keçən ilin oktyabrında parlamentə seçkilərdə seçicilərin yalnız 8%-nin avrointeqrasiyanı medafiə etmələri, 51%-nin isə hakim siyasi partiya "Curcu Arzusu" nu dəstəkləmələri ilə baglı olub.
Eks prezident Saakaşvilinin "Vahid Milli Hərəkat" partiyasını seçkilərdə əsasən orta təbəqə dəstəkləyib, əhalinin aşagı təbəqləri üçün isə məişət problemləri, sosial problemlərin həlli daha maraqlı və cazibədar olduğundan onlar avrointeqrasiya kimi şuarlara dəstək verməmişdilər:
"Əsasən bankirlərin dəstək verdiyi "Lelo" partiyası bələdiyyə seçkilərinə qatılmağın tərəfdarı olduğunu bildirəndə müxalifətin aparıcı qüvvələri dərhal onu ümummilli maraqlara xəyanətdə, iqtidarın legetimliyinə don geyindirməkdə ittiham edərək qınamışlar.
Müxalifətin pərakəndəliyi, vahid lider və ümumi proqramların yoxluğu şəraitində iqtidar kifayət qədər monolit təsir bağışlayır.
Qərbin antirusiya mövqeyi konteksində müxalifət Rusiya ilə münasibətlərə daha praqmatik mövqedən yanaşmanın, münasibətlərin qarşılıqlı, faydalı müstəvidə davam etdirilməsinin tərəfdarı kimi çıxış edir".
Müxalifətin seçkilərə qatılmadan onların nəticələrini tanımamaq kimi etiraz elektoratına unvanlanmış çağırışları, ölkədə sabitiliyin və asayişin pozulmasına xidmət etməklə əslində, Cürcüstanda növbəti "qızıl gül inqilabını" həyata keçirməyə çalışan Qərbin regionla bağlı geosiyasi maraqlarından qaynaqlanır.
O, qeyd edib ki, müxalifəti seçkilərə deyil, küçə nümayişlərində, barrikada qarşıdurmalarına sürükləmək istəyən Qərbin əsas istəyi ölkədə dövlət çevrilişini həyata keçirib, Gürcüstanın timsalında Rusiyaya qarşı ikinci cəbhə açmaq maraqlarından irəli gəlir. Bu məqsədlə Qərb, zamanında Ukraynada "Avromeydan" hərəkatında sınaqdan keçirdiyi üsullara müraciət etmək fikrindədir:
"Gürcüstanda dövlət çevrilişinin həyata keçirilməsi üçün Qərb sınaqdan keçirilmiş texnologiya və uslublara müraciət edir. Ukraynadan Turkiyə ərazisi ilə ölkə ərazisinə gətirilmiş 2,4 kq.heksoğen də, məhz Curcustanda "idarə olunan xaos" muhitini yaratmaq, bulanıq suda balıq tutmaq sevdasından irəli gəlir. Ciddi sosial dəstəyə, habelə maliyyə imkanlarına malik olmayan müxalifətin bəlli reallıqlar konteksində növbəti dəfə dövlət çevrilişinə nail olacağı inandırıcı təsir bağışlamır".
Son xəbərlər
