Ukrayna Rusiyanın neft emalı zavodunu vurdu
Dərc olunub:
13-09-2025, 21:46
Ötən gün Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın Ufa şəhərində yerləşən “Başnafta-Novoil” neft emalı zavoduna qarşı əməliyyat keçirib.
Bu barədə “Unian” məlumat yayıb.
Məlumata görə, PUA-ların obyektə zərbələri nəticəsində irimiqyaslı yanğın baş verib. Şəhərdə hava limanı bağlanıb, internet kəsintisi qeydə alınıb.
Hücumla bağlı Rusiyadan hər hansı rəsmi açıqlama verilməyib.
Son xəbərlər
