Belaruslular sürətlə rus ordusuna qoşulur

Belaruslular sürətlə rus ordusuna qoşulurRusiya ordusunda belarusluların sayı kəskin artıb. Belə ki, 2022-ci illə müqayisədə rus ordusunda xidmət edən belarusluların sayı 100 dəfə çoxdur.

Axar.az xəbər verir ki, bu barədə "Слідство.Інфо" məlumat yayıb.

Nəşrin Ukrayna kəşfiyyatından əldə etdiyi məlumata görə, 2022-ci ilin iyulundan 2025-ci ilin yayına qədər mindən çox belaruslu Rusiya ordusu ilə müqavilə imzalayıb. Bunlardan 596-sı təkcə 2025-ci ilin birinci yarısında imzalanıb.

"24 fevral 2022-ci ildən 2025-ci il iyulun əvvəlinə qədər Belarus Respublikasının 1031 vətəndaşı Rusiya ordusu ilə müqavilə bağlayıb, onlardan 105-i artıq ölüb, 84-ü itkin düşüb. Yəni, böyük ehtimalla, demək olar ki, hər beşdə biri ölüb", - məqalədə deyilir.

Bildirilir ki, 2023-cü ildə Rusiya silahlı qüvvələri ilə müqavilə bağlayan belarusluların sayı Ukraynada genişmiqyaslı müharibənin birinci ili ilə müqayisədə 39 dəfə artıb. Əgər 2022-ci ildə 6 müqaviləli əsgər var idisə, 2023-cü ildə artıq 235, 2024-cü ildə isə 518 nəfər olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər