Gələcəyimizi birlikdə quraq! - Əsəd Əliyev seçicilərə müraciət edib

Müxalif "Lelo Güclü Gürcüstan" partiyasından Marneuli merliyinə namizəd ictimai fəal Əsəd Əliyev seçicilərə müraciət edib.

"Əziz Marneuli sakinləri!

Rayonumuz uzun illərdir sosial ədalətsizlikdən, ayrı-seçkilikdən, özbaşınalıqdan və səriştəsiz idarəçilikdən əziyyət çəkir. Gənclərimizə lazımi qayğı göstərilmir, onların təhsilinə, məşğulluğuna və inkişafına imkan yaradılmır. Yaşlılarımız isə dəyər və hörmət görməli olduqları halda, çox zaman diqqətsiz və qayğısız buraxılırlar. Kəndlərimizdə əsas problemlər – infrastrukturun zəifliyi, yolların bərbad vəziyyəti, içməli su çatışmazlığı, kənd təsərrüfatına dəstəyin yoxluğu hələ də həllini tapmayıb. Marneuli şəhərinin özü isə illərdir gözardı olunur, abadlıq və gözəlləşdirmə işləri arxa plana keçirilib.

Mən Marneuli merliyinə namizəd olaraq söz verirəm:

Kəndlərimizin inkişafına xüsusi diqqət ayrılacaq, kənd yolları, su və işıq problemləri tədricən həll ediləcək.

Marneuli şəhəri daha abad, daha gözəl və yaşanılacaq bir mərkəzə çevriləcək.

Gənclər üçün yeni layihələr, təhsil, idman və iş imkanları yaradılacaq.

Yaşlılarımız üçün qayğı proqramları genişləndiriləcək, onların sosial rifahı qorunacaq.

Hər bir vətəndaş ayrı-seçkilik olmadan, bərabər şəkildə özünü dəyərli hiss edəcək.

Gəlin birlikdə dəyişiklik edək – gələcəyimizi birlikdə quraq!
Lelo – Güclü Gürcüstan koalisiyasına səs verin! Seçkilərdə 9 nömrəni dəstəkləyin!"

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər