Milli Məclis Aparatının nümayəndə heyəti Özbəkistanda səfərdədir

Sentyabrın 10-da Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyevin başçılıq etdiyi Azərbaycan Parlament Aparatının nümayəndə heyəti Özbəkistana səfəri çərçivəsində Daşkənd şəhərində Özbəkistan Ali Məclisi Senatının Aparat rəhbəri Kudrat Nurullayevlə görüşüb.
Qonaqları səmimiyyətlə salamlayan Senatın Aparat rəhbəri Özbəkistan-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və əməkdaşlıq səviyyəsinə yüksəldiyiini diqqətə çatdıraraq, bu münasibətlərin inkişafında dövlət başçılarımızın xüsusi rolunu qeyd edib.

Bildirilib ki, Bakıda Özbəkistanın yeni səfirlik binasının açılışı və “Özbəkistan” parkının təməlinin qoyulması, həmçinin Özbəkistanda Azərbaycanla bağlı həyata keçirilməsi nəzərdə tutulan layihələr ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyəsindən xəbər verir.

Parlamentlərarası münasibətlərdən danışan Aparat rəhbəri bildirib ki, parlamentlərimiz arasında aktiv dialoq və sıx əməkdaşlıq mövcuddur. Bu münasibətlərin tərkib hissəsi olaraq parlament aparatları arasında da əməkdaşlıq günü-gündən inkişaf edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər