Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandıAzərbaycanlı iş adamı və müğənni Emin Ağalarovun Rusiyanın paytaxtı Moskvada yerləşən “Aviapark” Ticarət Mərkəzindəki “Forte Bello”, “Zafferano” və “Edoko” restoranları “AgalarovRest” şirkətinin diqqətini müstəqil layihələrə yönəltmək planları ilə əlaqədar bağlanıb.

Avrasiya.net Teleqraf-a istinadla xəbər verir ki, bu barədə TASS-a “Agalarov Development” şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “AgalarovRest”in hazırkı strategiyasının bir hissəsi olaraq, şirkət diqqətini ticarət mərkəzlərində yerləşən obyektlərdən müstəqil layihələrə çevirir.

“NF Group”un pərakəndə əmlak departamentinin regional direktoru Yevgeniya Haqverdiyevanın sözlərinə görə, Emin Ağalarovun təkcə “Aviapark”da deyil, digər yerlərdə də restoranları bağlanıb:

“Əsas səbəb müəssisələrin daha az effektiv olmasıdır. Onlar orta və yuxarı seqmentlərdə işləyirdilər, burada müştərilər konsepsiyaların, xidmətin və təkliflərin daimi yenilənməsini gözləyirlər. Ona görə də layihələr təbii olaraq sona çatdı, baxmayaraq ki, onlar bir çox rəqiblərdən daha uzun müddət davam etdi”.

“Magic Group”un və Ticarət Mərkəzləri İttifaqının vitse-prezidenti Perexantovya isə bildirib ki, Emin Ağalarovun “Vegas” Ticarət Mərkəzindəki digər restoranları çoxdan bağlanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər