İran sərhədçiləri əfqan qaçqınları güllələdi: ölənlər var
Dərc olunub:
9-09-2025, 11:57
Ötən axşam İran sərhədçiləri Əfqanıstanla sərhəddə yerləşən Gülşən rayonunun Qolkan bölgəsində İrana keçmək istəyən əfqanlara atəş açıb.
Bu haqda Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Məlumata görə, sərhədçilərin açdığı atəş nəticəsində 5 nəfər həlak olub, 6 nəfər yaralanıb.
Aralarında qadın və uşaqların da olduğu 35 qaçqın 6 yaralı ilə birgə həbs edilib.
Son xəbərlər
