"Rusiyada soydaşlarımıza qarşı kütləvi basqınlar daha da artıb"

"Rusiyada soydaşlarımıza qarşı  kütləvi basqınlar daha da artıb"Son zamanlar Rusiya-Azərbaycan münasibətləri gərginləşdiyindən bu ölkədəki soydaşlarımıza çox ciddi maddi və mənəvi təhlükələr yaranıb. Belə ki, müxtəlif şəhərlərdə soydaşlarımıza qarşı yerli hüquq-mühafizə orqanları tərəfindən kütləvi basqınlar daha da artıb.

Bunu Avrasiya.net-ə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib.

Onun sözlərinə görə, eyni zamanda Rusiyada xarici ölkə vətəndaşı olaraq qanunla bir illik işləmək hüquq almış soydaşlarmızın da sənədlərini vaxtından əvvəl qüvvədən salaraq Vətənə göndərirlər:

"Rusiyada yaşayan azərbaycanlı soydaşlarımıza qarşı sistemli və getdikcə daha aqressiv xarakter alan təzyiqlər hər birmizdə narahatlıq doğurur. Bu hallar təkcə miqrasiya nəzarəti ilə izah edilə bilməz, əksinə, milli-etnik ayrı-seçkilik, hüquq pozuntuları və qeyri-insani rəftar halları kimi özünü göstərməkdədir.
Xüsusilə Moskva, Yekaterunburq və digər iri şəhərlərdə aparılan polis reydləri zamanı azərbaycanlıların şəxsiyyətləri əsassız yoxlanılır, miqrasiya sənədləri bəhanə edilərək onlara qarşı qeyri-adekvat və sərt tədbirlər görülür.

Bəzi hallarda isə bu tədbirlər zorakılıq, ölüm, hörmətsizlik və hətta hüquqi yardımdan məhrum etmə ilə müşayiət olunur".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər