Səfirliyə hücumdan sonra 1.8 milyon azərbaycanlı turisti itirdik - İrandan ETİRAF
Dərc olunub:
8-09-2025, 10:53
Tehranda Azərbaycan səfirliyinə hücumdan sonra İran 1.8 milyon azərbaycanlı turist itirib.
Bu barədə İranın mədəni irs nazirinin müavini Ənuşirəvan Mohseni jurnalistlərə açıqlamasında bildirib.
"2019-cu ildə ölkəyə 9 milyon 800 min turist gəlib. Sonrakı il pandemiya oldu. Azərbaycan vətəndaşına qarşı baş verən həmin hadisə nəticəsində 1 milyon 800 min azərbaycanlı turisti itirdik" - Mohseni qeyd edib.
Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov”la silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri yaralayıb. Hücum edən şəxs bir neçə ay əvvəl edam edilib.
