"Nə qədər ki, HƏMAS mövcuddur heç bir real sülhdən söhbət gedə bilməz"

Vəziyyət çox çətindir. Təbii ki, hər bir ağıllı insan istəyir ki, müharibə bitsin, girovlar azad olunsun. Amma biz başa düşməliyik. Nə qədər ki, HƏMAS mövcuddur və Qəzza zolağına nəzarət edir, heç bir real sülhdən söhbət gedə bilməz.

Bunu "Xalq Cəbhəsi"nə israilli ictimai xadim, “Yerusəlimin əli” təşkilatının rəhbəri, lobbist Baruh Leviev deyib.

O, qeyd edib ki, terrorçuların yenidən qruplaşmaq və yeni hücumlar təşkil etmək üçün istənilən müvəqqəti barışıqdan istifadə etdiyini artıq görmüşük:

"İsrail bu gün Fələstin xalqına qarşı deyil, xalqımızı və öz vətəndaşlarını girov saxlayan terror təşkilatına qarşı mübarizə aparır. İndi dayansaq, sabah yenidən şəhərlərimizə raketlər uçacaq. İsrailin məqsədi bəllidir: vətəndaşları qorumaq və təhlükəsizliyi təmin etmək.
İstisna etmirəm ki, gələcəkdə Qəzza zolağına tam nəzarət etmək zərurəti yarana bilər, çünki orada yaşayan insanlar hələ də dünyaya və özlərinə dövlət qurmağı, terrorsuz yaşamağı göstərə bilməyiblər. Hər şey onlardan asılıdır".

Leviev vurğulayıb ki, İsrail yalnız öz vətəndaşlarının müdafiəsi və regionun sabitliyi maraqlarından çıxış edir: "Bizə İsraili və bütün yəhudi xalqını məhv etmək istəyən başqa qonşu lazım deyil.

İsrail demokratikdir, söz azadlığı var və hər kəsin öz fikrini söyləmək hüququ var. Etirazçılar arasında sadəlövh sol baxışlı, ölkəmizin üzləşdiyi təhlükəni tam dərk etməyən insanlar var".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər