"Urmu gölünün qurumanası üçün ciddi addımlar atılmadı"

Son peyk məlumatları İranın Qərbi Azərbaycan ostanı ərazisində yerləşən Urmu gölüünün əksər hissəsinin tamamilə quruduğunu göstərib.

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Avrasiya.net-ə deyib ki, İran ərazisi, Anadolu yarımadası və Cənubi Qafqazda su mənbələrinin quruması qlobal ekoloji fəlakətlə sıx bağlıdır.

Son 30 ildə Kiçik Asiyada 50-dən çox göl quruyub. İran ərazisində də yağıntıların normadan az düşməsi, kəskin quraqlı su mənbələrinin qurumasına səbəb olub. Son 20 ildə kəskin şəkildə quruyan göllərdən biri də dünyanın ən böyük duzlu göllərindən olan Urmu gölüdür:

"Gölün qurumasında antropoloji amillər də var. Hesab edilir ki, Urmu gölünün qurumasının əsas səbəbi 20 il əvvəl gölə axan 22 çayın üzərində tikilən və suyun gölə axmasının qarşısını alan 40 böyük bənd olub. Ərzaq çatışmazlığı bəhanəsi ilə gölün su hövzəsindəki əkin sahələri ikiqat artırılıb və gölün ətrafında minlərlə dərin quyu qazılıb. Urmu gölünə tökülən 11 əsas çayın üzərində 70-ə yaxın su anbarının tikilməsi suyun mənsəbə gəlib çatmaması ilə nəticələnir".

O, qeyd edib ki, İranın hazırkı rejimi gölü xilas emtək üçün bir sıra layihələr elan edib. Bir müddət öncə rejim Urmu gölünün qurumasının qarşısının alınması üçün 900 milyon dollar vəsait ayrıldığını bəyan edib. Lakin bu, gölün bərpasına bəs etmədi. Gölün qurumasının qarşısının alınması üçün ciddi addımlar da atılmadı:

"Qeyd edək ki, Urmu gölü zəngin mineral ehtiyatlara sahibdir. Burada 5 milyard ton potas, 60 milyon ton potasium sulfat, 240 milyon ton maqnezium, 28 ton bromid, 250 ton litiumun olduğu ehtimal edilir".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər