"Putin Zelenski ilə görüşməyi özünə sığışdırmır"

Nəyisə etmək istəməyəndə, bunu deyə bilməyəndə qarşınıza bu işi mümkünsüz edən şərtlər gəlir. Putin Zelenski ilə görüş istəmir. Onunla görüşməyi özünə sığışdırmır.

Bunu Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun Xarici Siyasət Araşdırmaları Mərkəzinin baş məsləhətçisi, iqtisad elmləri namizədi İvan Us Rusiya Prezidenti Vladimir Putinin ukraynalı həmkarı Zelenskini görüş üçün Moskvaya dəvətinə münasibətində deyib.

Us deyib ki, ona görə də Putin Zelenskinin qeyri-legitimliyindən və ya görüşün Moskvada keçirilə biləcəyindən danışır:

"Aydındır ki, Zelenski özünün təhlükəsizliyi üçün risklər səbəbindən Moskvaya gələ bilməz. Eyni şəkildə Zelenski Putinə Kiyevdə görüş təklif edə bilər. Putin də öz təhlükəsizliyinə risklər olduğundan Kiyevə gəlməkdən imtina edər. Ona görə də Moskvada görüş təklifi Rusiyanın müharibəni dayandırmaq istəmədiyinin növbəti təsdiqidir".

Us deyib ki, Zelenski İstanbul görüşünə qarşı deyil. Lakin Zelenski kapitulyasiya ilə gəlmirsə Putin prinsipial olaraq görüşü istəmir. Və Ukrayna təslim olmaq istəmədiyi üçün hələlik görüş olmayacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər