"Lelo" partiyası Əsəd Əliyevin namizədliyini irəli sürəcək
Dərc olunub:
3-09-2025, 12:39
Yerli özünüidarəetmə seçkilərinə tam bir ay qala diqqətlərin yönəldiyi Marneulidə, müxalif "Lelo Güclü Gürcüstan" partiyası gözlənilən bir addımla hakim "Gürcü Arzusu"nun namizədi Daur İsmayılova rəqib olaraq, ictimai fəal Əsəd Əliyevi şəhər meri postuna namizəd olaraq irəli sürəcək.
Avrasiya.net-in əldə etdiyi eksklüziv məlumata görə, bununla bağlı qərar partiyanın Siyasi Şurasında yekdilliklə qəbul edilib.
"Lelo Güclü Gürcüstan"nın Kvemo Kartli nümayəndəsi Aqil Mustafayev müvafiq məlumatı məlumatı təsdiqləyərək, bu barədə daha geniş açıqlamaların yaxın zamanda veriləcəyini bildirib.
Qeyd edək ki, 1988-ci ildə Marneuli bələdiyyəsinin Qaçağan kəndində anadan olan Əsəd Əliyev, bölgədə uzun illər davam edən ictimai fəaliyyətləri ilə tanınır.
Son xəbərlər
