Rusiyadan Azərbaycana qarşı təcavüz daimi gözləniləndir

Rusiyanın qeyri-dövlət kanallarından, teleqram və sosial şəbəkələrindən səslənən hərbi müdaxilə, hətta hücum planlarının və mümkün silah növlərinin tətbiqi ilə bağlı təhdidlər rəsmi dövlət mövqe olmasa da, Azərbaycana yönəlmiş mesaj kimi ciddi qəbul edilməlidir. Şübhə yoxdur ki, hərbi ritorika və təhdidlərin səsləndirilməsi hətta, Kreml təbliğatçılarının Rusiyanın İranla birgə Azərbaycana qarşı vuruşmaq istəyi, rəsmi Moskvanın birbaşa diktəsi ilə həyata keçirilir

Paralel olaraq, Rusiya baş nazirinin müavini Aleksey Overçuk son günlərdə verdiyi açıqlama — Moskvanın Azərbaycanla münasibətlərin tənzimlənməsində maraqlı olduğunu, eləcə də, Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa Rusiya ilə Azərbaycan arasında münasibətlərin sonda dostluq məcrasına qayıdacağına əminliyini bidirməsi - rəsmi mövqe kimi qiymətləndirilməlidir. Hər bir halda, Rusiyanın Azərbaycana qarşı açıq hərbi müdaxilə imkanlarının indiki vəziyyətdə mümkünsüz olsa da, Rusiyadan Azərbaycana qarşı təcavüz daimi gözləniləndir. Azərbaycan prezidenti İlham Əliyev Əl-Ərəbiya kanalına müsahibəsində 1920-ci ildə Azərbaycanın Rusiya tərəfindən işğal etməsini xatırlatması indiki Rusiyanın da Azərbaycana qarşı münasibətinin dəyişmədiyinə açıq işarədir.

Sözsüz ki, Çində Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində baş tutan cənab Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin görüşündə əsas müzakirə mövzularından biri Cənubi Qafqaz məsələsi və Azərbaycanla bağlı münasibətlər olub. Bu kontekstdə Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyevin heç olmasa protokol xatirinə, formal da olsa görüşməməsi münasibətlərdə gərginliyin davamına işarədir.

Moskvanın son günlərdə Azərbaycana təhdid dili ilə danışması da Rusiya üçün heç bir perspektiv açmır. Əksinə, Rusiyaya qarşı beynəlxalq izolyasiya və sanksiyalarlar fonunda, onun Azərbaycan və Türkiyə nəfəsliyindən məhrum edə bilər. Bu da Rusiyanı Çindən çox asılı vəziyyətə sala bilər. Artıq Rusiya raket və mühərrik texnologiyalarını da Çinə ötürmək məcburiyətindədir. Putinin ŞƏT-ı çərçivəsində Çinə səfəri, onun qarşılanması, digər dövlət başçılarının ona münasibəti, hətta Tacikistan prezidenti İmamali Raxmonun ona qarşı davranışı Rusiyanın, Putinun acınacaqlı vəziyyətinin sübutudur.

Diğər tərəfindən, Rusiyanın Ukraynaya hücumu, Rusiyanın xüsusən postsovet məkanında nufuzunun zəifləməsinə gətirib. Keçmiş respublikalar Rusiyadan dustansiya saxlamağa çalışır. Bundan əvvəl (2008) Rusiyanın Gürcüstana hücumu sözsüz ki, müəyyən ardıcıllıq nümunəsidir. Putin hakimiyətinin ilk dövründən gündəmə gətirilən "sovet ittifaqı" ritorikası son günlər daha çox hallandırılır. Ancaq, bu ritorika Ukrayna bataqlığından çıxa bilməyən Rusiyanın psixoloji basqı vasitəsidir hansı ki, Rusiyanın özü üçün əks effekt verir. Yəni, keçmiş sovet respublikalarının Rusiyanın təsirindən tam çıxmağa fursət yaradır.

Hindistanın Azərbaycanın, həmçinin Türkiyə və Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmasına veto qoyması, ümumi nəticə etibarilə Azərbaycan üçün elə də uğursuz hesab edilə bilməz. Əvvəla, təşkilat Azərbaycanın Qərbə inteqrasiyasında müəyyən çətinliklər yarada bilərdi. Onsuz da, Azərbaycan ŞƏT üzvləri ilə, xüsusən Çin ilə ikitərəfli kontekstdə uğurlu əməkdaşlıq edir. Təkcə prezident İlham Əliyevin Çində qarşılanma mərasimi, görüşləri, Si Sizinpinin müraciət forması bunu bir daha sübut edir. Ancaq, ŞƏT-na üzvlük müəyyən məhdudiyyətlər vəd etdiyi halda, ikitərəfli münasibətlər kontekstindən Azərbaycanın beynəlxalq siyasi arenada manevr imkanlarını saxlayır.

Minsk qrupunun ləğvi prosesindən sonra Zəngəzur dəhlizindən pay əldə etmək üçün İran da öz istəklərini bildirir. Həmçinin, İranın Türkiyə ilə birlikdə proyektə qoşulmaq istəyi Rusiyanı da narahat edən məqamdır. Rusiya təxribat və təhdidlərini davam etdirə bilər, ancaq bütün bu kontekstdə Rusiyanın Azərbaycana qarşı səsləndirdiyi hər hansı təhdid ciddi və keçərli sayıla bilməz. Əksinə, vəziyyətin normallaşması üçün Moskva ardıcıl addımlar atmağa məcburdur.

Vüqar Dadaşov

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər