Ruslar Xersonda bir-birini güllələdi: 21 ölü, 17 yaralı
Dərc olunub:
31-08-2025, 17:34
Xerson Rusiya hərbi birləşmələri arasında atışma baş verib.
Bu barədə Ukraynanın ATEŞ partizan hərəkatı məlumat yayıb.
Məlumata görə, avqustun 19-da Xerson vilayətinin sol sahilində Rusiya ordusunun 24-cü motoatıcı alayının bölməsi ukraynalı diversantlar hesab edərək 127-ci briqadanın mövqelərinə atəş açıblar.
Atışma zamanı 21 rusiyalı hərbçi öldürülüb, 17 nəfər isə yaralanıb.
Son xəbərlər
