İranda rusların ölkəyə girişi məhdudlaşdırıldı
Dərc olunub:
30-08-2025, 12:24
İrana daxil olmaq üçün viza qaydalarının sərtləşdirilməsi səbəbindən rusiyalı turistlər artıq özbaşına viza ala bilməyəcəklər.
Bu barədə Rusiya Turoperatorlar Assosiasiyası İranın Moskvadakı səfirliyinə istinadən məlumat yayıb.
“İndi İrana turist vizası almaq üçün İranın turizm şirkətləri ilə əlaqə saxlamaq lazımdır. Bu, Rusiya turoperatorları vasitəsilə edilə bilər; onlar iranlı tərəfdaşlarla əlaqə saxlayacaqlar”, - məlumatda bildirilib.
Yeni qayda İranda otel rezervasiyalarına da şamil edilir.
Son xəbərlər
