Ərdoğan Türkiyə xalqını Zəfər Bayramı münasibətilə təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 Avqust - Zəfər Bayramı Günü münasibətilə Türkiyə xalqını təbrik edib.

Təbrikdə deyilir:

“Əziz vətəndaşlarım, mübarək millətim,

Tariximizin dönüş nöqtələrindən, qızıl səhifələrindən biri olan 30 Avqust - Zəfər Bayramının qürur və coşqusunu millət olaraq bir daha yaşamağın sevincini duyuruq.

Bu müqəddəs gün, Türk millətinin azadlıq və istiqlal uğrunda ortaya qoyduğu bənzərsiz iradənin, sarsılmaz inamın və qəhrəmanlığın ən güclü nişanələrindən biridir.

Qəhrəman ordumuzun vətən sevgisi və millətimizin yekdil iradəsi ilə qazanılan Böyük Zəfər əsarət zəncirlərini qıraraq müstəqilliyimizə gedən yolu açmış, Cümhuriyyətimizin təməli bu möhtəşəm zəfərin ardından atılmışdır.

30 Avqust yalnız hərbi bir zəfər deyil, eyni zamanda, millətimizin yenidən dirilişinin, varlıq mübarizəsinin və əbədi istiqlalının təsdiqidir.

Bu zəfər o qədər böyükdür ki, yalnız Türk millətinə deyil, əsarət altındakı bütün məzlum xalqlara ümid olmuş, müstəqillik idealının simvoluna çevrilmişdir.

Bu böyük zəfərlə Türk milləti bir daha bütün dünyaya bəyan etmişdir ki, bu millət əsla boyunduruq altına alınmaz, əsarəti qəbul etməz, müstəqilliyindən güzəştə getməz.

Böyük Zəfərin daşıdığı məna yalnız tariximizin şanlı bir xatirəsi deyil, həm də bizlərə yol göstərən bir rəhbərdir.

Bu gün bizlərə düşən vəzifə - 30 Avqustda yandırılan müstəqillik məşəlini birlik və bərabərlik içində daha qüdrətli bir gələcəyə daşımaqdır.

“Türkiyə Əsri”ndə, əcdadımızın qanı və fədakarlıqları ilə bizlərə əmanət etdiyi bu vətəni daha güclü, daha firavan bir ölkəyə çevirmək ən böyük borcumuzdur.

Bu mənalı gün münasibətilə başda Qazi Mustafa Kamal və silahdaşları olmaqla, vətən uğruna canlarını fəda edən müqəddəs şəhidlərimizi rəhmətlə, qəhrəman qazilərimizi minnətdarlıqla yad edir, əziz millətimizin 30 Avqust - Zəfər Bayramını ən səmimi duyğularımla təbrik edirəm."

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər