İrandan Zəngəzura qarşı inanılmaz bəyanat - Nə istəyir?

İrandan Zəngəzura qarşı inanılmaz bəyanat - Nə istəyir?İran parlamentinin Zəngəzur dəhlizi əleyhinə qəbul etdiyi bəyanat birbaşa öz prezidentləri Məsud Pezeşkiana qarşı təxribatdır. Pezeşkian Zəngəzur dəhlizinin əleyhinə olmadığını bir neçə dəfə səsləndirib, o Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu söyləyib. Mühafizəkarlar isə tutduqlarını buraxmır, dəhlizin əleyhinə təxribatçı açıqlamalarını davam etdirirlər.

Avrasiya.net xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

“İran parlamentinin bəyanatında Zəngəzur dəhlizinin “tanınmış sərhədlərin dəyişdirilməsi və zorla koridorların yaradılması” anlamına gəldiyi bildirilərək, bunun BMT Nizamnaməsinə zidd olduğu qeyd edilib. Əgər Zəngəzur dəhlizi iranlı deputatların söylədiyi kimi, Ermənistan sərhədlərinin dəyişdirilməsidirsə, bu ölkənin Baş naziri Nikol Paşinyan niyə dəhlizin tikintisi və işlədilməsi təklifini qəbul edib? Ermənistan ərazisində dəmir yolu tikintisi nə vaxtdan BMT nizamnaməsinə ziddir? Mühafizəkarlar dəhlizin tikintisinə mane ola bilməyəcəklər, onların əsas hədəfi Məsud Pezeşkiandır, bu cür “bəyanatlarla” onun qonşu dövlətlərlə münasibətləri normallaşdırmaq siyasətinə mane olmaq istəyirlər”, - politoloq qeyd edib.

Xatırladaq ki, İran parlamenti Zəngəzur dəhlizini “İran üçün təhdid” adlandırılıb. Bəyanatda “tanınmış sərhədlərin dəyişdirilməsi, məcburi dəhlizlərin yaradılması və ya Zəngəzur dəhlizi kimi layihələrin həyata keçirilməsi üçün istənilən addımın region ölkələrinin maraqları ilə bir araya sığmayacağı və birbaşa kollektiv təhlükəsizliyə təhdid olacağı” iddia edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər