Özbəkistanda iki AES tikiləcək
Dərc olunub:
29-08-2025, 23:15
Özbəkistan ərazisində birdən-birə iki Rusiya atom elektrik stansiyasının - biri böyük, biri kiçik gücə malik AES-in tikintisi məsələsinə baxılır.
Avrasiya.net Rusiya mətbuatına istinadən xəbər verir ki, Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov Özbəkistanın Rusiya Federasiyasındakı səfirliyində Müstəqillik Günü münasibətilə keçirilən qəbulda deyib.
"Özbəkistanda biri böyük, biri kiçik olmaqla iki Rusiya layihəli atom elektrik stansiyasının tikintisi məsələsi üzərində iş aparılır. Bu, Mərkəzi Asiya regionunda ilk belə layihədir. Əminik ki, onun uğurla həyata keçirilməsi Özbəkistan Respublikasına yeni texnoloji sıçrayış etməyə imkan verəcək” - deyib.
Son xəbərlər
