İrəvanda Azərbaycana casusluq edən konsul saxlanıldı

Təxminən 2 ay əvvəl Ermənistanın diplomatik korpusunda gizli saxlamağa çalışdıqları səs-küylü həbs olub.

Avrasiya.net xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Ermənistanın Avstriyadakı konsulu Aşken Aleksanyan Ermənistana qayıdarkən hava limanında həbs olunub. Gənc qadında bəzi sənədlər aşkarlanıb və o, Azərbaycanın xeyrinə casusluqda şübhəli bilinib. Bundan sonra Milli Təhlükəsizlik Xidməti bütün gün Xarici İşlər Nazirliyinin binasında axtarış aparıb, kompüterləri yoxlayıb, sənədləri araşdırıb. Və böyük qalmaqala səbəb ola biləcəyi üçün bu həbsin gizli saxlanması qərara alınıb. Məsələ burasındadır ki, kimsə diplomatik korpusda yüksək vəzifəyə təyin olunmazdan əvvəl onun tərcümeyi-halı, əlaqələri və s. MTN tərəfindən araşdırılır. Təyinat yalnız hərtərəfli araşdırmadan sonra həyata keçirilir, onun nəticələri təyin edən şəxsə bildirilir. İndi belə görünür ki, ya səhvə yol verilib, bu da məsuliyyət məsələsini gündəmə gətirir, ya da təyinatlarda müəyyən hallara göz yumulub. Və Aşken Aleksanyan haqqında məlumatları gizlətmək üçün internetdən və bütün açıq mənbələrdən, hətta onun təyinatı ilə bağlı rəsmi xəbərləri siliblər. Amma XİN sisteminin köhnə əməkdaşlarından biri bizimlə söhbətində Aşkeni yaxşı tanıdığını deyib. O, əvvəlcə dövlət qulluqçusu kimi çalışıb, sonra Xarici İşlər Nazirliyinin konsulluq şöbəsində işləməyə keçib və diplomat rütbəsi alıb, bundan sonra onun haqqında heç bir məlumat qalmayıb”, - məlumatda deyilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər