Mirziyayev 500-dən çox məhkumu əfv etdi

Mirziyayev 500-dən çox məhkumu əfv etdiÖzbəkistan Prezidenti Şövkət Mirziyayev Müstəqillik Günü ərəfəsində 523 nəfərin əfv edilməsi haqqında fərman imzalayıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.

Məlumata görə, əfv olunanlar arasında 8 xarici ölkə vətəndaşı, 45-i qadın, 31-i 60 yaşdan yuxarı şəxs olub. Bundan başqa, prezident 1-i azyaşlı olmaqla 30 yaşadək 220 nəfəri və qadağan olunmuş təşkilatlarda iştiraka görə məhkum olunmuş 15 nəfəri əfv edib.

Bildirilir ki, fərman çərçivəsində prokurorluq və aidiyyəti qurumlar tərəfindən azad edilmiş şəxslərin evə çatdırılması təşkil edilib. Eyni zamanda əcnəbi vətəndaşlar öz vətənlərinə deportasiya ediliblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər