"Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb"

"Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb"Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanatın qüvvədən düşdüyünü bildirib.

Bu barədə Paşinyan jurnalistlərə açıqlamasında danışıb.

Onun sözlərinə görə, indi İrəvanla Bakı arasında bütün müzakirələr avqustda Vaşinqtonda imzalanmış sənədlər əsasında aparılacaq.

Ermənistan lideri deyib ki, “noyabrın 9-na qayıtmağa ehtiyac yoxdur”: “9 noyabr 9 noyabrda qaldı”.

Xatırladaq ki, bundan əvvəl 2024-cü ilin mayında Nikol Paşinyan bəyan edib ki, üçtərəfli bəyanatın heç bir bəndi artıq qüvvədə deyil. Rusiya isə razılaşmanın qüvvədə olduğunu iddia edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər