İranın 3 bölgəsində atışma: 13 nəfər öldürüldü

İranın 3 bölgəsində atışma: 13 nəfər öldürüldüBu gün səhər saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Səravan və İranşəhr rayonlarında silahlı qarşıdurma başlayıb.

Bu haqda Bəluc Fəallarının Kampanyası məlumat yayıb.

Məlumata görə, hər iki bölgəyə çoxlu sayda hərbçi, təhlükəsizlik və polis əməkdaşları cəlb olunub.

Bildirilib ki, qarşıdurma hələ də davam edir, ölən və yaralananların dəqiq sayı məlum deyil.

Təhlükəsizlik qüvvələrinin mühasirəyə aldıqları silahlı şəxslərə qarşı ağır silahlardan və PUA-lardan istifadə etdiyi qeyd olunur.

SEPAH-ın "Qüds" qüvvələri yaydığı bəyanatda Səravan, Xaş və İranşəhr bölgələrində antiterror əməliyyatlarına başlanıldığını bildirib.

Bəyanatda 13 silahlının öldürüldüyü, bir neçəsinin isə ələ keçirildiyi deyilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər