Gürcüstanda bir sıra QHT-lərin bank hesabları dondurulub

Gürcüstanda bir sıra QHT-lərin bank hesabları dondurulubGürcüstan Prokurorluğu tərəfindən aparılan araşdırmalar çərçivəsində bir neçə qeyri-hökumət təşkilatının (QHT) bank hesablarına məhkəmə qərarı ilə həbs qoyulub.

Qurumun məlumatına görə, Tbilisi şəhər məhkəməsi prokurorluğun vəsatətini təmin edərək, ölkənin konstitusiya quruluşuna və milli təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətlərin maliyyələşdirilməsi ehtimalı ilə bağlı adıçəkilən QHT-lərin maliyyə fəaliyyətinə məhdudiyyət tətbiq edib.

Prokurorluğun açıqlamasında bildirilir ki, araşdırmalar zamanı bəzi təşkilatların daxil olan vəsaitlərinin əhəmiyyətli hissəsinin nizamnamə fəaliyyətindən kənar məqsədlərə – qanunsuz aksiyaların maliyyələşdirilməsinə, zorakı etirazların təşkilinə, hüquq-mühafizə orqanları ilə qarşıdurmada istifadə olunan vasitələrin alınmasına yönəldildiyi müəyyən olunub.

Məlumata əsasən, həmin qurumlar 2024-cü ildə keçirilən etiraz aksiyalarında iştirak edən şəxsləri maddi və təşkilati baxımdan dəstəkləyib, həmçinin onlara cərimələrin ödənilməsində və hüquqi müdafiənin təmin edilməsində yardım göstərib.

“Bu fəaliyyətlər nəticə etibarilə qanunsuz hərəkətlərin təşviqinə, hüquq-mühafizə orqanlarının fəaliyyətinin zəiflədilməsinə xidmət edib. Bank hesablarına həbs qoyulması isə vəsaitlərin növbəti sui-istifadə hallarının qarşısını alır”, – prokurorluğun məlumatında qeyd olunur.

Qurum istintaqın davam etdirildiyini və ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcəyini bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər