"Azərbaycanla sülh əsas məqsədimizdir"

"Azərbaycanla sülh əsas məqsədimizdir"Ermənistan xarici işlər naziri Ararat Mirzoyan səfirlərin Qafanda keçirilən illik toplantısına qatılıb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir çıxışında avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında keçirilən görüşlər nəticəsində əldə olunan razılaşmalar barədə danışıb.

Ararat Mirzoyan Ermənistanın Azərbaycanla ilkin razılaşmasına toxunaraq, bərqərar olmuş sülhün Ermənistan və region üçün əhəmiyyətini vurğulayıb.

Xarici işlər naziri iddia edib ki, Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin davamlı şəkildə həyata keçirilməsi və sülhün təmin olunması İrəvanın əsas məqsədidir.

A.Mirzoyan regional nəqliyyat dəhlizlərinin açılmasının yaratdığı imkanlara, bu məqsədlə Vaşinqtonda imzalanmış üçtərəfli bəyannamənin həyata keçirilməsi istiqamətində görüləcək işlərə diqqət çəkib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər