"Rusiyaya güzəştə getməyəcəyik”

“Ukraynaya ədalətli sülh lazımdır və Rusiyaya güzəştə getməyəcək. Ölkənin gələcəyinin necə olacağına yalnız ukraynalılar qərar verə bilərlər”.

“Qafqazinfo” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Müstəqillik Günü ilə bağlı müraciətində bildirib.

Müraciəti Kiyevin mərkəzindən - “Müstəqillik” meydanından edən Zelenski Ukrayna şəhərlərinə, xüsusən də Donetsk, Luqansk, Krıma olan məsafələrin yazıldığı “Sıfır Kilometr”ə də diqqət çəkib.

“Bu gün bu işarələr tamamilə fərqli məna daşıyır. Onlar artıq, sadəcə, kilometrlərlə deyil. Onlar xatırladırlar ki, bütün bu ərazilər Ukraynadır. Bizim xalqımız oradadır və aramızdakı heç bir məsafə, heç bir müvəqqəti işğal bunu dəyişməyəcək. Bir gün ukraynalılar arasındakı bu məsafə aradan qalxacaq və biz yenidən bir ailə, bir ölkə kimi birlikdə olacağıq”, - deyə Zelenski əlavə edib.

Zelenski vurğulayıb ki, Ukrayna dəyişib - o, artıq xoşməramlı jestlər gözləmir, öz iradəsinə malikdir.

Dövlət başçısı əlavə edib ki, Ukrayna bir gündə dünya liderlərini öz ətrafında toplayıb birləşdirə, Avropa və ABŞ-nin birliyini bərpa edə və bu birliyin əsasına çevrilə bilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər