Rusiya Azərbaycana keçmək istəyən agenti sərhəddə həbs etdi

Rusiya Azərbaycana keçmək istəyən agenti sərhəddə həbs etdiDağıstanda Azərbaycanla sərhəddə Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən işə götürülən əcnəbi saxlanılıb.

Bu barədə FTX məlumat yayıb.

Xüsusi xidmətin məlumatına görə, xarici ölkə vətəndaşı, 1989-cu il təvəllüdlü Rufullayev Yadulla Ramiz oğlu Rusiya-Azərbaycan dövlət sərhədinin “Yaraq-Kazmalyar” sərhəd-keçid məntəqəsindən keçərkən saxlanılıb.

O, Rusiya Hərbi-Sənaye Kompleksinin (MİK) əməkdaşından oğurlanmış məxfi sənədləri Ukraynaya göndərmək üçün qaçırırmış: "O, Rusiya hərbi-sənaye kompleksinin məxfi daşıyıcılarından birinə hücum nəticəsində əldə edilmiş rəsmi materialların Rusiya ərazisindən çıxarılması əməliyyatını həyata keçirirdi".

Həmin şəxs etiraf edib ki, Rufullayevin qardaşı, Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşı, 1981-ci il təvəllüdlü Səbuhi Ramiz oğlunun göstərişi ilə sənədləri və mobil telefonu sonradan Ukraynaya çatdırmaq üçün Kurqan vilayətində gizləndiyi yerdən götürüb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər