İranda kişi 8 ailə üzvünü öldürdü
Dərc olunub:
15-08-2025, 15:22
İranın Gülüstan əyalətinin Amol şəhərində kişi həyat yoldaşı və iki övladı da daxil olmaqla, 8 nəfəri güllələyərək öldürüb.
Axar.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.
Məlumata görə, həyat yoldaşı və övladlarını öldürdükdən sonra o, qayınatası, iki baldızı, bacanağı və bacanağının azyaşlı oğlunu da güllələyərək öldürüb, daha 3 nəfəri isə ağır yaralayıb.
O, cinayətləri törətdikdən sonra öz başına atəş açaraq intihar edib.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilib.
Son xəbərlər
