Paşinyan qəbul etdi - Konstitusiya dəyişikliyinə START VERİLİR

Ermənistanın Konstitusiya İslahatları Şurası yaxın günlərdə ölkənin yeni konstitusiyasının hazırlanması ilə bağlı iclaslara başlayacaq.

Avrasiya.net xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Şura yeni konstitusiyasının hazırlanmasını cəmiyyətin tələbi kimi təqdim etməyə hazırlaşır.

Qəzetin iddiasına görə, Vaşinqton razılaşmasından sonra Bakı bəyan edib ki, sazişin yekun variantını imzalamaq üçün Ermənistanın Baş naziri Nikol Paşinyana konstitusiyanın dəyişdirilməsi barədə göstəriş verib.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan Birgə Bəyannamə imzalayıb. Birgə Bəyannamədə qeyd olunur ki, sülh sazişinin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac var. Qeyd edək ki, burada söhbət Ermənistan Konstitusiyasının dəyişdirilməsindən gedir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər