Paşinyan Rusiyanın uğursuz vasitəçiliyindən danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın vasitəçiliyi ilə regional kommunikasiyaların açılmasının niyə mümkün olmadığını şərh edib.

Avrasiya.net xəbər verir ki, bu barədə o, Vaşinqtonda erməni jurnalistlərlə söhbətində danışıb.

Paşinyan bildirib ki, razılaşdıqları qətnamənin eynisi Ermənistan tərəfindən daha əvvəl Rusiya Federasiyasına təklif olunub: "Siz xatırlayırsınız ki, regional kommunikasiyalar məsələsi ilə məşğul olan üçtərəfli işçi qrupu var idi. Biz orada həmişə bu məntiqlə işləməyə hazır olduğumuzu bildirmişik və buna nə üçün birbaşa və ya dolayı yolla mane olunduğu heç vaxt bizə aydın olmayıb.

Bu, ona görə baş vermədi ki, biz prosesləri Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına xələl gətirəcək, heç bir şəkildə razılaşa bilmədiyimiz istiqamətə aparmağa cəhd edildiyini gördük. Heç kim bizi qeyri-səmimilikdə ittiham edə bilməz, çünki biz həmişə demişik ki, bu, bizim üçün qırmızı xəttdir. Bu baxımdan situasiyanın dəyişməsi ondan ibarətdir ki, bu mətn çox daha açıq yazılıb".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər