Vaşinqton danışıqları: Bunu etməmək axmaqlıq olardı - Arkov

Donald Trampın mümkün qədər çox böyük münaqişələrə son qoymuş biri kimi tarixə düşməsi vacibdir, ona görə də ABŞ Azərbaycan və Ermənistan arasında görüşə ev sahibliyi etmək qərarına gəlib.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Vitali Arkov deyib.

“Ağ Evdəki mənbələr Donald Trampın Nobel Sülh Mükafatını almaq istəyini dəfələrlə media ilə bölüşüblər. Bununla belə, Tramp maksimalistdir, onun üçün bütün böyük müharibələrə və qanlı münaqişələrə son qoymuş, bütün dünya nizamını əsaslı şəkildə yenidən işə salmış kimi tarixə düşməsi vacibdir. Onun şəxsiyyətinin miqyasını nəzərə alsaq, təkcə İran-İsrail müharibəsinin qarşısını almaq yetərli görünmür. Ona görə də artıq başa çatmış Ermənistan-Azərbaycan münaqişəsindən sığortalanmaq daha yaxşıdır”, - Arkov bildirib.

Onun sözlərinə görə, artıq sülh prosesinə start verilib və ən əsası, rəsmi Bakı və İrəvan sülh müqaviləsi imzalamaq istəklərini bəyan ediblər:

“Vəziyyətdən istifadə etməmək və bundan öz xeyrini əldə etməmək axmaqlıq olardı. Moskva münaqişənin kəskin mərhələsini dayandırıb, Bakı və İrəvanı danışıqlar masası arxasına oturdub, optimal sülh planı hazırlayıb və regionda sabitliyi qoruyub. Bunlar dünya ictimaiyyətinin etiraf etdiyi təkzibolunmaz faktlardır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər