İranda bir gündə 14 nəfər edam edildi
Dərc olunub:
7-08-2025, 14:17
İranın 7 şəhərində – Məşhəd, Savə, İsfahan, Yəsuc, Yəzd, Kirman və Kərəcdə 1 gün ərzində 14 məhbus edam olunub.
Avrasiya.net xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.
Onlar narkotik alveri və adamöldürmə cinayətlərində ittiham ediliblər.
Bununla da bu il İranda edam edilənlərin sayı 747-yə çatıb. Onlardan 19-u qadındır.