Türkmənistanda BMT-nin mühüm konfransı keçiriləcək

Avqustun əvvəlində Türkmənistanın "Avaza" Milli Turizm Zonası BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə III Konfransına ev sahibliyi edəcək. Tədbir 32 ölkədə yaşayan 570 milyondan çox insanın qarşılaşdığı coğrafi təcrid, beynəlxalq ticarətə və sərmayəyə çıxış kimi problemlərin müzakirəsinə həsr olunacaq.

Avrasiya.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkmənistan hökumətinin rəsmi saytında məlumat verilib.

2003-cü ildə Almatıda və 2014-cü ildə Vyanada keçirilmiş əvvəlki konfransların davamı olan tədbirdə yeni "Avaza Fəaliyyət Proqramı"nın qəbul ediləcəyi gözlənilir. Konfransın əsas mövzusu olacaq "Tərəfdaşlıq vasitəsilə inkişafın təmin olunması" regional və qlobal əməkdaşlığın vacibliyini vurğulayır.

Konfransın gündəmində infrastrukturun inkişafı, iqlim dəyişikliklərinə uyğunlaşma, innovativ həllər və maliyyə resurslarının səfərbərliyi kimi məsələlər də yer alacaq. Bu təşəbbüslər yalnız hökumətlər və beynəlxalq təşkilatlarla deyil, həm də vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələri ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Gənclərin fikirləri və ideyalarının nəzərə alınması da mühüm prioritetlər sırasındadır.

BMT-nin yayımladığı ilkin proqram çərçivəsində avqustun 4-də Vətəndaş Cəmiyyəti, Gənclər və Parlament Forumlarının, avqustun 5-də isə Özəl Sektor Forumu və Nəsillərarası Dialoqun təşkili planlaşdırılıb. Eyni zamanda, qadın liderlərin görüşü və digər paralel tədbirlər də nəzərdə tutulub.

Konfransın təşkili ilə bağlı hazırlıq işləri Türkmənistan hökumətinin nəzarətindədir. Prezident Sərdar Berdiməhəmmədov və xalqın Milli Lideri Qurbanqulu Berdiməhəmmədovun rəhbərliyi ilə ölkə genişmiqyaslı tədbirin yüksək səviyyədə keçirilməsi üçün hava limanından turizm zonalarınadək bütün sahələrdə infrastruktur yenilənməsi aparıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər